Paşinyanın Trampla görüşmək xülyası baş tutan deyil

Paşinyan ABŞ-a səfəri zamanı Trump ilə çətin ki, görüşə bilsin. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan, Nikol Paşinyanın yaxınlaşan BMT Baş Assambleyasının iclası çərçivəsində Donald Trump ilə görüşmə ehtimalının həqiqətən çox uzaq olduğunu bildirib. Bir sözlə, analitik açıq şəkildə etiraf edib ki, Paşinyanın Trampla görüşmək xülyası baş tutan deyil.

Məlumatda qeyd olunur ki, tert.am-a verdiyi müsahibədə Suren Sarkisyan Ermənistanın "193 ölkənin siyahısında" ABŞ-ın 179-cu tərəfdaşı olduğunu qeyd edib. Baş nazir Nikol Paşinyanın sentyabrın 22-də Los-Ancelesdəki Grand Prakada ABŞ-ın erməni icması ilə görüşəcəyini deyən Sarkisyandan ikitərəfli gündəliyi genişləndirmək baxımından hazırda hansı səylərin Ermənistan hakimiyyətindən asılı olduğunu soruşduqda o bildirib ki, bununla bağlı səmərəli işlər görüldüyünə əmin deyil.

Paşinyanın BMT-yə müraciətindən gözləntilərə dair suala cavab verən analitik xarici siyasət prioritetlərinə diqqət yetirməyin vacibliyini vurğulayıb.

“Düşünürəm ki, Paşinyanın Ermənistanda islahatlar aparmaq vaxtı çoxdan çatıb. Təsəvvür edilə biləcək bir şey varsa - məsələn, Ermənistanın xarici siyasət gündəliyi və təhlükəsizlik məsələləri - bunlar Baş nazirin nitqində söylədiyi əsas məqamlar ola bilər",deyə Suren Sarkisyan diqqətə çatdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə