YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) səfəri davam edir. SİA xəbər verir ki, səfər çərçivəsində paytaxt Pekin və Şanxay şəhərlərində bir sıra görüşlər keçirilib, eyni zamanda şəhər gəzintisi olub. Şanxay şəhərinə səfər sürət qatarı ilə baş tutub.

Şanxayda keçirilən görüş zamanı nümayəndə heyəti şəhərin mərkəzində yerləşən və “Şərqin Mirvarisi” adlandırılan radio -TV qülləsində olublar. Daha sonra 1500 yaşı olan Fenqjinq tarixi şəhərinə ekskursiya təşkil edilib. Qeyd olunub ki, bu şəhərdə hələ də ailələr yaşayır və onun qəsəbə statusu mövcuddur.

Sonra Şanxay şəhəri Planlaşdırma Sərgi salonu ziyarət edilib.

Tanışlıq Sühoy rayonunda yerləşən “Mehriban qonşuluq” mərkəzində davam etdirilib.

Eyni zamanda, günün ikinci yarısında baş tutan görüşdə YAP nümayəndə heyətinin Çin KP MK-nin Şanxay şəhərinin Daimi Komitəsinin rəhbəri Zheng Gang Miao arasında görüş keçirilib. Görüşdə YAP nümayəndə heyətinin rəhbəri Hadı Rəcəbli ilə cənab Zheng Gang Miao arasında fikir mübadilələri aparılıb, bir sıra mühüm məsələlər müzakirə edilib, dövlətlərarası dostluq və əməkdaşlıın inkişaf etdirilməsinin hər iki xalqa əhəmiyyətli töhfələr verdiyi bildirilib. O cümlədən, YAP və Çin KP arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacbliyi barədə danışıqlar aparılıb.

Qeyd edək ki, Çin KP MK-nin Şanxay şəhərinin Daimi Komitəsinin rəhbəri Zheng Gang Miao YAP-nın nümayəndə heyətinin şərəfinə ziyafət ziyafət verib.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti sentyabr ayının 10-dan Çin Xalq Respublikasında səfərdədir və səfər çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul şəxsləri ilə görüşlər keçirilib, habelə ÇKP Partiya Məktəbində Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin qurulmasının 20-ci il dönümü ilə bağlı yubiley konfrans, eləcə də Çin Milli İnkişaf və İslahatlar Komissiyasında mütəxəssislərin iştirakı ilə iclas keçirilib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...