"Nuru paşa tarixə adını xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırdı" - Əli Həsənov
101 il öncə bu gün-sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxtına çevirilməsində misilsiz tarixi rol oynadı.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov şəxsi “Facebook” səhifəsində yazıb.
Ə.Həsənov bildirib ki, o dövrdə milli müstəqilliyimiz yenicə elan olunmuşdu. Dövlət institutları hələ formalaşmağa macal tapmamış məmləkətimiz və onun sərvətləri uğrunda gedən geopolitik savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış Azərbaycan, Xalq Cümhuriyyətinin qurucuları tərəfindən haqlı olaraq başsız bədənə bənzədilirdi.
Azərbaycan fiziki bütövlüyünə- öz başına qan və inanc qardaşları ilə çiyin-çiyinə verərək, Bakıdakı özbaşınalıqlara, hərc-mərcliyə, talan və repressiyalara son qoyaraq qovuşdu. Baş şəhər də daxil olmaqla, ölkəmizin dörd bir yanı zəfər təntənəsinə büründü. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya daxil olması müqəddəs Qurban bayramı günlərinə təsadüf edirdi. Bu səbəbdən də təkcə Bakıda və bölgələrimizdə deyil, qalibiyyətin sorağını alan bütün türk-islam dünyasında bayram-bayrama qarışmışdı. Bakıda türk ordusunun adına qurbanlar kəsilmiş, şəninə ziyafətlər verilmiş, məşhur milyonçu, öz xeyriyyəçiliyi ilə xalqımızın yaddaşına əbədi həkk olunmuş Hacı Zeynalabdin Tağıyev indiki Dövlət Filarmoniyasının binasında təmtəraqlı süfrə açaraq Nuru paşanı əhali adından salamlamış, ona yüksək ehtiram göstərmişdi.
Nuru paşanın xatirəsi, Qafqaz İslam Ordusunun rəşadəti ötən əsrin sonlarında öz müstəqilliyini yenidən qazanmış Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi ehtiramla yad edilir. Bu ehtiramın ən bariz təcəssümü Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna ucaldılan abidədir. Bu abidə böyük Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin həm yaxın tariximizdəki əsaslarını, həm də gələcək hədəflərinin gerçəkləşməsi baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan fədakarlıq tələbini simvolizə edən bir əsərdir. Bu abidənin layihəsi 1918-ci ildə hazırlanmış, ADR parlamentinin 15 sentyabr 1919-cu ildə Bakının azad olunmasının 1 ili münasibəti ilə keçirilən xüsusi iclasından sonra hökumət üzvləri, millət vəkilləri Çəmbərəkənd qəbiristanlığına gedərək türk əsgərinin heykəlinin qoyulması üçün özül inşa etmişdilər. Lakin 28 aprel ilhaqı bu abidənin ucaldılmasına imkan vermədi. Müstəqilliyin bərpasından sonra Azərbaycan və Türkiyə hökumətlərinin razılaşmasına əsasən həmin layihə davam etdirildi. Abidənin yeni təməli 1999-cu ildə qoyuldu, bir il sonra isə Azərbaycan prezidenti Heydər Əliyevin və Türkiyə prezidenti Süleyman Dəmirəlin iştirakı ilə açılış mərasimi keçirildi. Bildiyiniz kimi, ötən il Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı bir çox rəsmi, elmi və mədəni tədbirlər təşkil olundu. Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak və qəbul etdikləri əzəmətli hərbi paradda xalqlarımız və dövlətlərimiz arasındakı bağların qırılmazlığı, zamanın qardaşlıq duyğularımızı daha da gücləndirdiyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün yenə də birgə iradə ortaya qoymağımız bütün dünyaya nümayiş olundu.
Bəli, 1918-ci ilin sentyabr ayının 15-də Bakının azad edilməsi ilə kulminasiya nöqtəsinə çatan Osmanlı ordusunun Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir. Onunla örnəkdir ki, Qafqaz İslam Ordusu qurularkən məqsəd nə Osmanlı dövlətinin torpaqlarını müdafiə etmək, nə də yeni ərazilər zəbt etmək olmuşdu. Bu, sözün əsl mənasında qardaşın qardaşa haraya gəlməsi, heç bir maddi və siyasi mənfəət güdmədən onu zamanın qəddar sərvət ovçularının, uşaqlara, qadınlara, qocalara rəhmi gəlməyən amansız qatillərin caynağından xilas etmək məramı idi. Buna rəğmən, hərəkatın uğurla başa çatacağı və davamlı olacağı halda, həm qocaman, həm də gənc qardaş elə əlverişli mövqe sahibinə çevriləcəkdi ki, 20 əsrin tarixi də, coğrafiyası da yaşadığımızdan tamam fərqli şəkil alacaqdı.
Qafqaz İslam Ordusu Birinci Dünya Müharibəsinin sonlarına doğru qurulmuşdu. Ordunun qurulması prosesinin başlanğıcında 12 maddəlik bir təlimatnamə tərtib edilmiş, birliyə komandan təyin olunan Nuru paşa Killigilə bu sənəd üzrə Osmanlı dövlətinin Qafqazdakı baş təmsilçisi vəzifəsi həvalə olunmuşdu. Osmanlı hakimiyyətinin son dərəcə konspirativ, hətta öz müttəfiqlərindən də gizli şəkildə yaratdığı bu hərbi birləşməyə “islam” adının verilməsi tərkibinin tamamilə müsəlmanlardan ibarət olması ilə bağlı idi. Sıravi əsgərlərindən tutmuş əsas komandirlərinə qədər bütün şəxsi heyətində bircə nəfər də olsun qeyri-müsəlman olmayan ordunun tək vəzifəsi vardı- Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə hərbi yardım göstərmək, xalqımızın və torpaqlarımızın üzləşdiyi təcavüzləri dəf etmək!
Nuru paşanın başçılıq etdiyi ordu mayın 16- da Naxçıvana, 25- də isə Gəncəyə daxil oldu. Üç gün sonra Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və islam aləmindəki ilk demokratik respublikanın paytaxtı Gəncə oldu. ADR hökumətinin üzləşdiyi çox sayda dərin problemlər vardı. İlk növbədə ölkənin ərazi bütövlüyünün təmin olunması labüd idi. Bunun üçün formatını tez-tez dəyişən, mahiyyət olaraq isə erməni daşnak zehniyyətinə xidmət edən inqilabçı dəstələrin hökmranlığına son qoymaq lazım idi. Bu zərurətə əsaslanaraq 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum anlaşması imzalanmışdı. Müqavilənin dördüncü maddəsində nəzərdə tutulurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin istəyi ilə daxili asayişin təmin olunması üçün Osmanlı hökuməti ölkəmizə hərbi yardım göstərməyi öz üzərinə götürür. Bu sənəd Qafqaz İslam Ordusunun Bakıya yürüşü üçün hüquqi əsas oldu. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri ilə birlikdə Nuru paşanın başçılığı altında Göyçayda, Salyanda və digər ərazilərimizdə qarşısına çıxan düşmən qüvvələri darmadağın edərək qısa müddətdə Bakıya yaxınlaşdı, 1918-ci ilin avqustun 1-dən etibarən burada hakimiyyəti ələ keçirmiş daşnak və menşeviklər tərəfindən qurulan Sentrokaspi diktaturasına ultimatum verdi. Ultimatum yerinə yetirilmədiyindən 14 sentyabr gecəsi Nuru paşanın əmri ilə hücum təşkil edildi və ertəsi gün saat 15 radələrində qələbə fişəngi atıldı. Beləliklə, Nuru paşa tarixə adını Birinci Dünya Müharibəsində Osmanlının qazandığı üç zəfərdən (Çanaqqala və Kütül Amarə zəfərləri ilə yanaşı) birinin sərkərdəsi, eyni zamanda, xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Madriddə "Real"a qalib gəlməliyik"
İdman 01:15AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib
İqtisadiyyat 01:02“ABŞ pulu artıq Kiyevə kömək etməyəcək..?”
Dünya 00:14Boston Dynamics yeni nəsil insanabənzər robot təqdim edib
Texnologiya 18 Aprel 23:53Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb
İdman 18 Aprel 23:48Tarantino son filmi ilə bağlı fikrini dəyişdi
Şou-Biznes 18 Aprel 23:45Neyroloqlar göz qırpmağın nə üçün faydalı olduğunu izah edirlər
Səhiyyə 18 Aprel 23:37İsveçrə Ukraynanın bərpası üçün 5 milyard avrodan çox vəsait ayıracaq
Dünya 18 Aprel 23:26Tədqiqatçılar asteroidləri öyrənmək üçün qeyri-adi robot yaradıblar
Texnologiya 18 Aprel 23:14İran İsrailin bütün nüvə obyektlərinin yerini açıqlayıb
Dünya 18 Aprel 23:06Kopenhagendə yanan tarixi birjanın fasadı uçub
Dünya 18 Aprel 23:00Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 18 Aprel 22:54Kobaxidzenin Ukrayna haqqında dediyi sözlər Kiyevi qəzəbləndirib...
Dünya 18 Aprel 22:43Gündoğan "Barselona"nı istəmir
İdman 18 Aprel 22:34ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub
Siyasət 18 Aprel 22:22"Düşünürəm ki, bir-birimizə ehtiyacımız var..."
Siyasət 18 Aprel 22:16Türkiyədəki zəlzələ bir neçə tikiliyə ciddi ziyan vurub...
Dünya 18 Aprel 22:05Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri
Siyasət 18 Aprel 21:53Sergey Aksenov özünü “prezidentin əsgəri” adlandırıb...
Dünya 18 Aprel 21:46Kirkorovun Litvaya qarşı iddiası ilə bağlı qərar qəbul edilib
Şou-Biznes 18 Aprel 21:35Rusiyada “əmək haqqı inqilabı” olacaq..?
Dünya 18 Aprel 21:27Amerikaya məxsus pilotsuz uçan aparat Qara dəniz üzərində..?
Dünya 18 Aprel 21:13“Real”ın bu qədər müdafiə olunacağını gözləmirdik"
İdman 18 Aprel 21:06Naxçıvanın 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb
Mədəniyyət 18 Aprel 20:57BMT Qəzza ilə bağlı çağırış etdi
Dünya 18 Aprel 20:45İranlıdan 12 kq marixuana alan şəxs saxlanıldı
Hadisə 18 Aprel 20:32Türkiyədə yenə güclü zəlzələ olub...
Dünya 18 Aprel 20:26Cozep Borrell Devid Kameronla görüşüb
Dünya 18 Aprel 20:17Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan
Təhsil 18 Aprel 20:06Gürcüstanda torpaq sürüşməsi baş verib
Dünya 18 Aprel 19:58Maksim Qalkin ABŞ prezidentini ələ salıb..?
Şou-Biznes 18 Aprel 19:46Voronej sakini məhkəmədə son sözünə görə məhkum edilib
Dünya 18 Aprel 19:37Akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib
Sosial 18 Aprel 19:23AŞPA Rusiyanı diktatura, Rus Pravoslav Kilsəsinin ierarxlarını isə...
Dünya 18 Aprel 19:16Hacıqabulda qatarın vurduğu qadın ölüb
Hadisə 18 Aprel 19:04Respublika Pediatriya Mərkəzi yaradılıb
Sosial 18 Aprel 18:58ABŞ İranın İsrailə hücumuna cavab olaraq sanksiyalar tətbiq edir
Dünya 18 Aprel 18:54Fransada bir nəfər məktəb yaxınlığında uşaqları bıçaqlayıb
Dünya 18 Aprel 18:45Buryatiya parlamentinin keçmiş deputatının oğlu beynəlxalq axtarışa verilib
Dünya 18 Aprel 18:36Argentina NATO-ya üzv olmaq üçün müraciət edib
Dünya 18 Aprel 18:29Son iki həftədə 75 terrorçu da zərərsizləşdirilib
Dünya 18 Aprel 18:17Türkiyə beynəlxalq ictimaiyyətə çağırış edib
Dünya 18 Aprel 18:06Görkəmli şair Əli Tudənin 100 illiyinə həsr olunmuş tədbir keçirildi
Mədəniyyət 18 Aprel 18:06Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Texnologiya 18 Aprel 18:01Uğurlarımıza görə BAŞINA DAŞ DÜŞƏNLƏRİN İÇ ÜZÜ – TƏHLİL
Siyasət 18 Aprel 17:56Atılan bütün addımlar əhalinin rifahı və sağlamlığı üçündür - ŞƏRH EDİLDİ
Siyasət 18 Aprel 17:24“Milli Şura” növbəti dəfə özünü rüsvay etməyə hazırlaşır
Köşə yazıları 18 Aprel 17:23Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında
İqtisadiyyat 18 Aprel 17:23Fransa Prezidentinin sözü ilə əməli üst-üstə düşmür - DEPUTAT
Siyasət 18 Aprel 17:21Azərbaycan Avstriya ilə birgə sənaye layihələrinin icrasını müzakirə edib
İqtisadiyyat 18 Aprel 17:21Fransa öz öhdəliklərinə riayət və hörmət etmir - Omayra Naiselin
Siyasət 18 Aprel 17:16Hacıqabulda qatar qadını vuraraq öldürüb
Hadisə 18 Aprel 17:14Qazaxıstanda sel qurbanlarının sayı artır
Dünya 18 Aprel 17:13Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur - FOTOLAR
Mədəniyyət 18 Aprel 17:133 rayonda ağaclar qanunsuz kəsilib - FOTO
Hadisə 18 Aprel 17:11BDU-da sərgi keçiriləcək
Sosial 18 Aprel 17:03"Boeing" təyyarə şirkətinin mühəndisindən qorxunc AÇIQLAMA
Dünya 18 Aprel 16:54“Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
Siyasət 18 Aprel 16:49Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
İdman 18 Aprel 16:48Uşaqlara idman müəllimi seçərkən nələrə diqqət etməliyik? - FİKİR BİLDİRİLDİ
İdman 18 Aprel 16:48Baş prokuror Çində səfərdədir - FOTO
Siyasət 18 Aprel 16:46Nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
İqtisadiyyat 18 Aprel 16:45İtlərin hücumuna məruz qalanlara ilkin yardın necə edilməlidir? - VİDEO
Səhiyyə 18 Aprel 16:41Ədliyyə naziri yeni kadrlarla bağlı əmr imzalayıb
Siyasət 18 Aprel 16:36Ərini öldürməkdə təqsirləndirilən qadının cəzası yüngülləşdirilib
Hadisə 18 Aprel 16:33Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
Siyasət 18 Aprel 16:30"Valideynlər uşaqlarını məktəbəhazırlıq qruplarına göndərməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
Təhsil 18 Aprel 16:21Basarkeçərdə Azərbaycan bayrağı - (SƏS TV - CANLI)
Siyasət 18 Aprel 16:20"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib - FOTOLAR
İqtisadiyyat 18 Aprel 16:20Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır? - NAZİR AÇIQLADI
Təhsil 18 Aprel 16:15Azərbaycanda yeni dövlət standartlarının qəbulu 4 dəfə artıb
İqtisadiyyat 18 Aprel 16:13Azərbaycanlı rəssamların əsərləri Venesiya Biennalesində nümayiş olunacaq
Mədəniyyət 18 Aprel 16:102 nəfər dəm qazından zəhərlənərək ölüb
Hadisə 18 Aprel 16:07"Mədəniyyəti məhv edilmiş xalq öz silahını itirmiş sayılır" - Yeni Kaledoniya tarixçisi
Siyasət 18 Aprel 16:05Müxalifət üçün radikallıq və cəmiyyətin parçalanması daha önəmlidir - ŞƏRH
Siyasət 18 Aprel 15:59İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı – ŞUŞA TƏHLİL
Siyasət 18 Aprel 15:58Sosial fobiya nədir? - PSİXOLOQ AÇIQLADI
Sosial 18 Aprel 15:58Niyə Əli Kərimli və Sevinc Osmanqızı üzr istəmək mədəniyyətinə malik deyillər? ANALİZ
Siyasət 18 Aprel 15:57Böyük Qayıdışın ürəkaçan mənzərəsi TƏHLİL
Siyasət 18 Aprel 15:57Heyf telefona dəyişdiyimiz kitablardan...
Köşə yazıları 18 Aprel 15:56Yeni dövlət standartlarının qəbulu 4 dəfə artıb
İqtisadiyyat 18 Aprel 15:56Sudan qeyri-qanuni istifadə halları aşkarlanıb - FOTOLAR
Hadisə 18 Aprel 15:54Ali Məhkəmə vətəndaşın tikinti şirkətinə qarşı iddiasını təmin edib
Siyasət 18 Aprel 15:51Balaca rəssamlar Əzim Əzimzadənin ev muzeyində - REPORTAJ/FOTOLAR
Mədəniyyət 18 Aprel 15:49Şagirdlər arasında boulinq, qısnama və intihar halları olur - NAZİR
Təhsil 18 Aprel 15:48"Azərbaycanın dəstəyi bizim mübarizəmizə işıq saçacaq" - Yeni Kaledoniya senatoru
Siyasət 18 Aprel 15:43Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
İdman 18 Aprel 15:42Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
Hadisə 18 Aprel 15:40"Qarabağın azad olunması Fransanın maraqlarına zərbə vurub" - Zahid Oruc
Siyasət 18 Aprel 15:37Özəl xəbərlər
Digər xəbərlərUğurlarımıza görə BAŞINA DAŞ DÜŞƏNLƏRİN İÇ ÜZÜ – TƏHLİL
Siyasət 18 Aprel 17:56Atılan bütün addımlar əhalinin rifahı və sağlamlığı üçündür - ŞƏRH EDİLDİ
Siyasət 18 Aprel 17:24"Boeing" təyyarə şirkətinin mühəndisindən qorxunc AÇIQLAMA
Dünya 18 Aprel 16:54“Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
Siyasət 18 Aprel 16:49Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8152 +0,53%
- GBP 2,1198 +0,36%
- RUB 0,0180 0,00%