Ermənistan hakimiyyətinin yeni qarşıdurma taktikası

Ermənistan hakimiyyəti yeni qarşıdurma taktikası hazırlayıb və son aylarda yeni saytlar meydana çıxdığı bəlli olur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Past" qəzetində yazı dərc olunub.
Qəzet öz mənbələrinə istinadən yazır ki, informasiya və təbliğat platformasında ciddi problemlərlə qarşılaşdıqlarını anlayan Ermənistan hakimiyyəti yeni bir taktika hazırlayıb. Qəzetin mənbələrinə görə, ilk növbədə xüsusi sifarişlə yaradılan kiçik bir monitorinq qrupu "böyüdücü şüşə vasitəsilə" ekspertləri və analitikləri, o cümlədən hakimiyyəti tənqid edənləri araşdırır və dövlət qurumlarında iş təklif edərək onları "verbofka" etməyə çalışır. Eyni mənbələrə görə, bəzi hallarda bu səylər uğurlu nəticələr də verib.
Üstəlik, "özününkülərə" çevrilmiş ekspertlərə gənc kadrlar ilə işləmək və qarşıdakı ciddi "döyüşlərdə" qarşıdurma üçün onları "yetişdirmək" də tapşırılıb. Yeri gəlmişkən, nəşrin hökumətdə təmsil olunan mənbələrinə görə, son bir neçə ayda hakimiyyət öz komandası üzvlərinin köməyi ilə yeni saytlar da açıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə