Növbə İrəvanın vitse-merinə çatdı

İrəvanın keçmiş vitse-meri Vaqe Nikoyan yaxın vaxtlarda Baş Prokurorluğun açdığı cinayət işlərindən birində dindirilməyə çağırılacaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.

Qəzet yazır ki, hələ avqust ayında Ermənistan Baş Prokurorluğu “Park City Service” şirkətinin 700 milyon dramdan da çox kredit borcu ilə bağlı öhdəliyin İrəvanın icma büdcəsindən əsassız ödənildiyi barədə məlumat da yaymışdı. Həmçinin qeyd olunur ki, bundan əlavə, "Park City City Service" şirkətinin səlahiyyətli şəxsləri xidməti səlahiyyətlərindən istifadə edərək, 2017-2018-ci illər ərzində və 2019-cu ilin birinci rübündə işçilərin əmək haqlarını və iş dəftərlərini səhv hesablamaqla, nəqliyyat vasitələrinin təmiri üçün vəsait yazmaq və yanacaq üçün pul köçürmək adı ilə ümumilikdə 20 milyon 714 min 515 dram mənimsəyiblər.

Hazırda Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi və 179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndinə əsasən cinayət işi açılıb. Məlumata görə, bir müddət əvvəl bu proseslərə rəhbərlik edən Vaqe Nikoyan bu işə qarışır. Ancaq Nikoyan "əhatə dairəsindən uzaq" olduğu üçün əlaqə saxlamaq mümkün olmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə