Paşinyan "Mənim addımım" partiyasında sürprizlərin olacağından bərk narahatdır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Qəzet yazır ki, bir neçə gün əvvəl keçirilən "Mənim addımım" partiyasının qapalı iclasında iqtidar blokunun deputatları daim ölkədə gərgin vəziyyətə göz yummağın mümkün olmadığını və bunun azaldılması üçün addımların atılmasının lazım olduğunu bildirdilər. Yazıda xüsusilə qeyd olunur ki, müxbirlərlə ünsiyyət zamanı “kənarlaşmalara” yol verməmək, Amulsar, İstanbul Konvensiyası, Köçəryan davası və s. kimi bütün "çətin" siyasi mövzular barədə deputatlara əvvəlcədən xəbərdarlıq da olunubmuş. Veriləcək sualların cavabları belə əvvəlcədən paylanılıbmış ki, heç kim siyasi xətdən “kənarlaşmalara” yol verməsin.

Paşinyanın eyni sürprizlərin Edqar Arakelyan hadisəsindəki kimi mümkünlüyündən narahat olduğuna dair sübutlar da var və buna görə də komandasında "konstruktiv ab-hava" yaratmaq üçün bütün variantlardan istifadə etməyə çalışır.

Nəşr onu da qeyd edir ki, ancaq bütün deputatlar bu “səhvlərdən” yayınmağı bacarmırlar. Xüsusilə, bir gün əvvəl belə bir reportaj Ovik Aqazaryan tərəfindən hakimlərlə əlaqədar verilib. Nəşrin mənbələrimizə görə, bu, partiyada ciddi müzakirələrə səbəb olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə