Ermənistan orduya çağırış müddətini niyə artırıb?

Ermənistanda orduya çağırış müddəti uzadılıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Jamanak" qəzeti yazır.

Qəzet yazır ki, hökumət orduya çağırışın son illərdə olduğu kimi 1 yanvar-31 yanvar 2020-ci il tarixlərində baş tutmayacağına qərar verib. Yazıda o da qeyd olunur ki, çağırış bu ilin 16 dekabrında başlayacaq və 31 yanvar 2020-ci ilə qədər davam edəcəkdir.

Orduya çağırış müddətinin artırılmasının səbəbinə Ermənistan hökuməti aydınlıq gətirmir. Nəşrin yazdığına görə, hərbi komissarlığa verilən tapşırıqları yerinə yetirmək üçün daha çox vaxt lazım olduğu güman edilə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə