İlqar Orucov: “AXCP-ni tədbirə dəvət olunmamısı “söyüş müxalifəti”nin Əli Kərimli tərəfindən maliyyələşməsi ilə bağlıdır” RƏY-ÖZƏL

“Sentyabr ayının 11-də ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi baş tutan növbəti iqtidar-müxalifət dialoqu baş tutdu”. Bunu SİA-ya açıqlamasında AGAAMC-in sədri, Fəlsəfə doktoru İlqar Orucov deyib. Onun görə, görüşü ölkədə sivil siyasi münasibətlərin inkişafı baxımından xeyli əhəmiyyətli və zəruri hadisə olaraq dəyərləndirirəm: “Hesab edirəm ki, iqtidar qədər bu kimi görüşlərdə müxalifət də maraqlı tərəf olmalıdır. Dialoq ən doğru yoldur və bu baxımdan deyə bilərik ki, iqtidar bu istiqamətində üzərinə düşdüyü missiyanı növbəti dəfə reallaşdırdı və bununla da növbəti siyasi mədəniyyətini nümayiş etdirdi. Ölkənin böyük siyasi partiyaları, ölkəmizin siyasi bilik baxımdan təcrübəli insanları bu görüşdə iştirak etdilər və birmənalı olaraq demək olar ki, dialoq baş tutdu. İqtidar partiyası dəyirmi masaya qatılması ilə nümayiş etdirdi ki, o, hər cür dialoqa, müxtəlif siyasi mövzularla, problemlərlə bağlı siyasi opponentlərinin rəyini öyrənməyə, eyni zamanda, ölkəmizin gələcəyi ilə əlaqədar mövzularda müzakirələrə açıqdır və müxalifətin fikirlərini, eyni zamanda tənqidlərini dinləməkdə maraqlıdır. Bu dəfə reallaşan dialoqa göndərilən dəvətə baxmayaraq bəzi müxalifət partiyalarının qatılmaması onu göstərdi ki, bu qüvvələr əslində dialoqda maraqlı deyillər. Nəzərə alsaq ki, bu dəfə ki dialoqun mövzusu da xeyli aktual idi və dəyirmi masaya "Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri" mövzusunun seçilməsi təsadüfi də deyildi. Belə ki, xaricdən ölkəmizin siyasi proseslərinə müdaxilə cəhdləri həmişə olub və bu kimi müdaxilələr hər zaman müdrik xalqımızın iradəsinə məğlub olub. Hazırda dünyada gedən gərgin siyasi burulğanlar fonunda iqtidar və ya müxalifət düşərgəsində dayanmağımızdan asılı olmayaraq bu kimi təsirlərin ölkəmiz üçün zərərlərinin daha çox fərqində olmalıyıq. Ən azından son illər dünyanın böyük güclərinin və siyasi institutlarının yaxın şərqdə törətdiyi dağıdıcı proseslərdən nümunə götürməliyik. Və bununla da, xarici təhdid mövzusunda milli həmrəylik nümayiş etdirməliyik. Bildiyim qədər dəyirmi masaya təkcə Əli Kərimlinin rəhbəri olduğu AXCP dəvət olunmamışdı və bunun da səbəbini dəyirmi masanın təşkilatçısı qismində çıxış edən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı xaricdə fəaliyyət göstərən söyüş müxalifətinin Əli Kərimli tərəfindən maliyyələşməsi ilə bağlayıb. Fikrimcə xarici təhdidin reallaşmasında iştirak edən bir partiyanın dialoqa dəvət edilməməsi daha düzgün addımdır. Azərbaycan dövlətinin gələcəyini müəyyənləşdirən yalnız bir qüvvə var ki, o da Azərbaycan xalqıdır və o qüvvə də siyasi cəhətdən, hadisələri dərk etmək baxımından xeyli bitgindir. Hesab edirəm ki, xalqın mənafeyini ifadə etməyən, ümidini, taleyini xarici güclərə bağlayan, ölkəmizə, onun siyasi rəhbərliyinə, bütövlükdə xalqa qarşı xaricdən idarə olunan istənilən qrupun bu kimi dialoqlara çağırılmaması daha doğru qərardır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə