Qurbanın siyasəti və ya öz siyasətinin qurbanı

Yaxud separatçıların vəkili Qurban Məmmədov modeli

Doğrusu budur. Çirkin əməlləri və intriqabazlığı ilə cəmiyyətimizdə "ad-san qazanmış" Qurban Məmmədov xarici ölkələrdə antimilli fəaliyyəti ilə özünün kimliyini, necə deyərlər, mənəvi-psixoloji portretini, bir daha tam çıqlpaqlığı ilə ortaya qoyan satqın və xəyanətkardır. Əməlli-başlı intriqalar ustası olan Q.Məmmədov ölkəmizdə həyata keçirilən uğurlu sosial islahat paketlərinin müsbət nəticəsinin əleyhinə gedərək, həyasızcasına və əxlaqsızcasına "qara piar kampaniyası" aparmaqla, Avropanın müxtəlif ölkələrində özgə qapılarında yallanan xəyanətkar və əxlaqsız "söyüş qrupu"na da, bu yolu davam etdirmək çağırışı edir. Bax, bununla da, Q.Məmmədov mənəviyyatsızlığın və deqradasiyanın pik nöqtəsində olduğunu, bir daha nümayiş etdirməkdədir.
Bu satqın "vəkil" bütün etik-mənəvi dəyərləri tapdalayaraq, sərhədləri aşaraq ölkəsinə, millətinə, respublikamızın rəhbərliyinə, dövlət adamlarına şər-böhtan, təhqir yağdıran, adını azərbaycanlı qoyaraq, erməni dəyirmanına su tökən məlum başıpozuq dəstənin üzvlərini hər vəchlə müdafiə etməklə, əslində, öz simasını, daha doğrusu, simasızlığını bir daha ortaya qoyur. Vətən əxlaqından, torpaq təəssübündən çox-çox uzaq olan bu xəyanətkar qrant parazitlərini özünün "Azəri fredoom" "televziyasına" çıxararaq uzun-uzadı mükalimələr qurması, debatlar, dialoqlar təşkil etməsi "həşəmətli vəkil" Q.Məmmədovun və onun "Azəri fredoom"unun anti-Azərbaycan dairələrin və erməni lobbisinin ölkəmizin əleyhinə yönələn yeni və məkrli bir layihəsi olduğunu tam çıqlpaqlığı ilə ortaya qoyur. Avropanın müxtəlif ölkələrində "siyasi mühacir" adı ilə məskunlaşaraq məişət rahatlığı, kamfort həyat tərzi naminə bütün ali dəyərləri tapdalayaraq, öz ölkəsinə və xalqına xəyanət edən, bu gün nəinki regionda, hətta bütün dünyada sülh, əmin-amanlıq və sabitlik adası olan ölkəmizi uzunmüddətli xaosa, vətəndaş qarşıdurmasına sürükləmək istəyən dairələrin maşasına çevrilən, müəyən xarici xidmət orqanlarının tələsinə düşən həmin "sapı özümüzdən olan baltalar»la isti münasibətləri, onlara haqq qazadırması, hətta o marginllara "vəkillik" və "ağsaqqallıq" etməsi ağı qaradan, xeyiri şərdən ayırmağı yaxşı bacaran cəmiyyətimiz tərəfindən nifrət və ikrah hissi ilə qarşılanır. Müasir texnologiyanın üstünlüklərindən istifadə edərək xəyanətkar və satqın bir zümrəni guya "mehriban" tərzdə "bir araya toplayaraq" avantürist və antimilli fikirlər səsləndirən bu qaragüruhçu "vəkil"in keçmiş əməllərini, çirkin işlərini üzünə şimal küləyi çırpanların sayı da gündən-günə artır. Bütün bunlar, hətta bu intriqabaz və avantürüst "hüquqşünas"ın müəyyən vaxtlarda eyni "cəbhədə" olduğu bəzi dostları və əqidədaşları da etiraz edirlər. Sosial şəbəklərdə Q.Məmmədova etiraz edənlərin sayı gündən-günə çoxalır.

Vaqif Hacıbəyli: "Qurban Məmmədov intriqa və agent "ustasıdır"

Belə ki, bu günlərdə "Əhrar" partiyasının sədri, Müsavat partiyasınn başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli özünün "Facebook" səhifəsində yazır ki, intriqa ustası olan bu "hüquqşünas," hətta dövlətə və dövlətçiliyimizə xəyanət edən adamları cəmiyyətə qəhrəman kimi tanıdaraq ictimayi rəydə çaşqınlıq yaratamaq istəyir. V.Hacıbəyli öz statusunda yazır: "Qurban Məmmədov 4 iyun qiyamı ilə bağlı debatları davam etdirir. Həmin debatlarda «Surətin sağ əli» Nazim Bayramov adlı bir xain də iştirak edir və ona hər dəfə "bəy", "hörmətli" kimi ifadələrlə müraciət edir. Ancaq unudur ki, bu adam milli qvardiyaçıların gülləbaran edilməsinə polkovnik Eldar Əliyevlə birlikdə rəhbərlik edib."
Şübhəsiz, özünü cəmiyyətə milli-azadlıq hərəkatının fəallarından biri kimi, eləcə də, təcrübəli vəkil kimi təqdim edən Q.Məmmədovun bu çirkin əməlləri, antimilli fəaliyyəti siyasi, hüquqi və etik-mənəvi normalara zidd olduğundan, iflasa məhkumdur.

Q.Məmmədovun iç üzü...

Q.Məmmədov "Azərbaycan Xalq Hərəkatı"na "liderlik" iddiası ilə sabiq daxili işlər naziri İsgəndər Həmidovla "qoç döyüşü»nə çıxmaq istəyirdi. İş elə gətirdi ki, Q.Məmmədov İ.Həmidovu yaxalayınca, xəstəlik daha tez yaxaladı. Elə bil, bununla da, İ.Həmidov həyata keçirmək istədiyi "arzusuna" qovuşa bilmədi. Xəstəlik onun heç ayağa qalxmasına da imkan vermədi. Bu xəbərdən sonra separatçıların "vəkili" çırtma çalır. Ancaq bilmir ki, hər anın bir hökmü var. İndi özünü "ən layiqli lider" saydığını bildirən və uzun müddətdir ki, ermənipərəst qüvvələrin dəyirmanına su tökməklə məşğul olan bu satqın və xəyanətkar "vəkilin" son vaxtlarda sosial şəbəkələrdə daha fəal olmasının da səbəbi bəlli olub. Deməli, əlinə fürsət düşüb. Özü də Azərbaycanda reallaşdırılan inqilabi islahatların keçirilməsi, əldə olunan uğurlu nəticələr prosesi zamanı satqın "siyasi mühacir" Q.Məmmədovun məqsədi də "AXH"-yə "lider" olmaqla, ölkədə siyasi sabitliyi pozmaqdır. Ancaq satqın Q.Məmmədov anlamır ki, sosial şəbəkə vasitəsi ilə ölkəmizin əleyhinə apardığı "qara piar" kampaniyasının rəngini gündən-günə nə qədər tündləşdirsə də, heç nəyə nail ola bilməyəcək.
"Tövbə" cəmiyyətinin sədri Hacı Əbdül son günlər separatçı satqın "vəkil" Q.Məmmədovun "liderlik" iddiasına düşməsinə əsəbləşərək bildirib ki, yaxşı olardı ki, hər iki qardaş kim olduqlarını açıqlasınlar: "Onlarda üz var. Ancaq insafən, hər ikisinin üzü padoşdur. ADP-nin sədri Sərdar Cəlaloğlu və hazırda İngiltərədə sığınacaq alan satqın qardaşı Q.Məmmədov daima xarici dövlətlərin agenti olub, S.Cəlaloğlu da şeytana qulluq edən adam oldub. O özünə aid olmayan və bilmədiyi məsələlərə başını soxur. Onun bu cür hərəkətləri camaatı da çox narahat edir. Adını "müstəqil siyasətçi" qoyub, amma yüz yerə işləyir. S.Cəlaloğlunun heç partiya sədri səviyyəsində elektoratı yoxdur. Ona xüsusi vəzifə verilib. Bu vəzifə də müxalifəti parçalamaqdır. S.Cəlaloğlunu yalnız dırnaqarası müxalifət hesab etmək olar. O, əsl müxalifət deyil".
Hacı Əbdül, ümumiyyətlə, Azərbaycanda əsl müxalifətin olmadığını deyir: "Müxalifətçiyəm" deyənlərin hamısı satqın, əxlaqsız və qrant alverçiləridir. Satırlar və satılırlar. S.Cəlaloğlu ilə Q.Məmmədov bir bezin qırağıdır. Bir qardaş xaricdəki müxalifətə, ikinci isə ölkədəki müxalifətə nəzarət etmək üçün fəaliyyət göstərir. Buna görə onlara vəsait verilir. Bunlar müstəqil adamlar deyil, tapşırıq qullarıdır".
Şübhəsiz, özünü cəmiyyətə milli-azadlıq hərəkatının fəallarından biri kimi, eləcə də, təcrübəli vəkil kimi təqdim edən Q.Məmmədov bilməlidir ki, qaranlıq fəaliyyətinin qaranlıq sonu iflasa məhkumdur.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə