"Bu gün bütün informasiya sistemi sosial şəbəkələrin üzərinə köçüb" ÖZƏL-MÜNASİBƏT

"Sosial şəbəkələr həyatımızın bir reallığıdır. Yəni müasir dövrdə həyatımızı sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil". Bunu SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, artıq siyasi proseslər, siyasi müzakirələr, ictimai müzakirələr də sosial şəbəkələrin üzərinə köçüb: "Təbii ki, bunun müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Bəziləri bu sosial şəbəkələrdən öz şəxsi məqsədləri üçün istifadə edirlər. Böyük güclər isə kiçik dövlətlərin daxili proseslərinə müdaxilə etmək üçün sosial şəbəkənin imkanlarından istifadə edirlər. Bu da bir reallıqdır. Ona görə də ayıq-sayıq olmaq lazımdır və bu kimi müəyyən hallar olanda ictimaiyyət məlumatlandırılmalıdır, ictimai müzakirələr açılmalıdır. Elə etmək lazımdır ki, müsbət xüsusiyyətləri olan bu platforma mənfi məqsədlər üçün istifadə olunmasın. Biz bundan qaça bilmərik. Bu gün bütün informasiya sistemi, bütün əlaqələr hamısı sosial şəbəkələrin üzərinə köçüb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...