Əli Kərimlinin normal cəmiyyət arasında heç vaxt yeri olmayıb TƏRS BAXIŞ

“Dəyirmi masaya” dəvət almayan AXCP sədri dialoq ab-havasını zəhərləyə bilərdi

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa"ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin dəvət etməməsinin səbəbini açıqlaması əslində, özü-özlüyündə bir sıra məqamları növbəti dəfə açığa çıxarmış oldu. Yəni, AVP sədrinin özünün də dediyi kimi, buna səbəb Əli Kərimlinin siyasi mühacir müxalifəti adlandırılanların yanında olmasıdır.

Lakin onun digər maraqlı bəyanatı söyüş söyən qruplara bilavasitə rəhbərlik edən Ə.Kərimlini mənəviyyatına sığışdırıb, tədbirə dəvət etməməsini deməsidir.

Əli Kərimli orada olmayıbsa, demək ki, onun həqiqətən də belə ümummilli məsələləri əks etdirən dialoq ortamında yeri olmayıb, yoxdur və olmayacaq

Bəli, Ə.Kərimlinin mənəviyyatsızlığı, ləyaqətsizliyi, şərəf amilindən uzaqda olması, o cümlədən, ayağısürüşkənliyi onun ölkənin iqtidarlı-müxalifətli tədbirində iştirak edən cameənin daxilində yer almamasına bariz sübutdur.

Əgər bu gün həmin tədbirdə müxalifət partiyalarını təmsil edən Qüdrət Həsənquliyev, Fazil Mustafa, İqbal Ağazadə, Pənah Hüseyn, Tural Abbaslı, Əli Əliyev, Sərdar Cəlaloğlu, Tahir Kərimli, Eldar Namazov, Qulamhüseyn Əlibəyli və s. adlarını çəkmədiyim müxalifətçilər iştirak ediblərsə, Əli Kərimli orada olmayıbsa, demək ki, onun həqiqətən də belə ümummilli məsələləri əks etdirən dialoq ortamında yeri olmayıb, yoxdur və olmayacaq. Çünki bu adamlar nə qədər müxalifətçi olsalar belə, heç vaxt dövlətçilik maraqlarına zidd ola biləcək ucuz, xəyanətkar addımlara getməzlər. Bu baxımdan, baş tutmuş iqtidarlı-müxalifətli “dəyirmi masa”nın havasının Ə.Kərimli adlı ünsürlə havasının pozulmasına lüzum olmayıb.

Onun ucuz həyatı yalnız populizmə, mikrofona olan ehtirasa və nədənsə, danışarkən, əzilib-büzülməyə, başını əsdirməyə həsr olunub

Başqa tərəfdən, qeyd etmək yerinə düşərdi ki, AXCP sədri dəfələrlə öz sərsəm bəyanatlarında deyib ki, onunla olmayanlar onun düşmənidir. Çox yəqin ki, o bu dəfə də blogerlik şakərinə uyğun olaraq, baş tutmuş tədbirə öz çirkin donunu geyindirməyə cəhdlər göstərəcək. Əlbəttə ki, müxtəlif gülünc, hətta axmaq bəhanələri ilə...

Misal üçün, deyəcək ki, onu həmin tədbirə dəvət etsəydilər belə, həmin tədbirdə iştirak etməyəcəkdi. Ya da bildirəcək ki, orada iştirak edən müxalifət partiyalarının heç biri AXCP-nin yanında nüfuza malik deyil. Yaxud, iddia edəcək ki, o, həmin tədbirdə iştirak etsəydi, mütləq hansısa “arqumentlərlə” hər kəsi susduracağıydı və s. və i...

Əlbəttə, Ə.Kərimlinin istənilən ifadəsi ictimai rəydə, eləcə də mətbuatda, siyasi-ictimai çevrədə 1 qram da olsa əhəmiyyət kəsb etmir. Ümumiyyətlə, onun ucuz həyatı yalnız populizmə, mikrofona olan ehtirasa və nədənsə, danışarkən, əzilib-büzülməyə, başını əsdirməyə həsr olunub. Görünür, bu cür yaşam tərzi ona kifayət qədər maddi divident gətirib. Əbəs deyil ki, onun gül balası Türkel Kərimli Britaniyada yüksək məbləğli təhsil aldı, arvadı biznes qurdu, bu gün də həmin biznesi necə lazımdırsa inkişaf etməkdədir.

Nə isə, mövzudan uzaqlaşmayım və qeyd edim ki, Ə.Kərimlinin normal düşüncəli, sağlam ruhlu, dövlətçiliyin qorunması və inkişafı marağında olan cəmiyyət arasında heç vaxt yeri olmayıb. Və nə yaxşı ki, yoxdur da...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə