Cərrahların XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi öz işinə başlayıb TƏDBİR - VİDEO

Bu gün, 11 sentyabr tarixində Azərbaycan Tibb Universitetində Cərrahların XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi öz işinə başlayıb. SİA xəbər verir ki, konqres 11-14 sentyabr tarixlərində davam edəcək.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə start verdi.
Konfransda çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli konqresin əhəmiyyətini vurğulayıb və bu konqresi açıq elan edib.

Ardınca çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov ölkəmizdə belə beynəlxalq konfransların keçirilməsini yuksək qiymətləndirib və bu kimi beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsini ölkə başçısı, Cənab Prezident İlham Əliyevin uğurları olduğunu vurğulayıb. Ə.Əmiraslanov bu konfransın akademik, tibb elmləri doktoru, Azərbaycanın görkəmli alimi, cərrah, tibb xadimi, pedaqoq, xeyriyyəçi, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M. Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru Böyükkişi Ağayevin xatirəsinə keçirilməsinin önəmini də diqqətə çatdırıb və xüsusilə qeyd edib ki, bu akademikin halal haqqıdır.
Millət vəkilinin nitqinin ardınca Böyükkişi Ağayevə həsr edilmiş videoçarx nümayiş edilib və konfrans iştirakçılarının alqışları ilə qarşılanıb.

Ardınca, Azərbaycan Cərrah Qostroentoloqlar İctimai Birliyinin sədri, professor, konqresin sədri akademik Rauf Ağayevə söz verilib. Çıxışı zamanı o qeyd edib ki, Azərbaycanda bir-birinin ardınca çoxsaylı konfranslar, beynəlxalq tədbirlər keçirilir və bu ölkəmizin uğurudur. Akademik Böyükkişi Ağayevin fəaliyyətinə də toxunan natiq bu gün öz müəlliminin xatirəsini qeyd edib və bildirib ki, bu günkü konqresin onun xatirəsinə keçirilməsi çox təqdirəlayiqdir.

Konqresin sədrinin nitqinin ardınca Azərbaycanı tərənnüm edən videoçarx nümayiş etdirilib.

Konfrans iştirakçıların çıxışları ilə davam etdirilib və 14 sentyabr tarixi konfrans yekunlaşacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...