"Biz birlikdə əyilməz bir qüvvəyik" ÖZƏL-MÜNASİBƏT

"Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 5-ci qadınlar qolunun 6-cı iclası keçirilib. Ölkəmizdə bu cür beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycan dövlətinin dünya ölkələri arasındakı nüfuzundan xəbər verir". Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda əsası Ulu öndər tərəfindən qoyulmuş gənclər siyasəti və gender bərabərliyi bu gündə möhtərəm Prezidentimiz tərəfindən uğurla həyata keçirilərək daima diqqət mərkəzində saxlanılır: "Gənclər üçün bu cür beynəlxalq tədbirlərin keçirilməsi gənclərin gələcək inkişafı və dünya görüşü üçün mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünyanı Azərbaycana gətirməsi deməkdir. Ölkəmizə gələn qonaqlar ölkənin inkişafını, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşmasını, öz gözləri ilə görürlər. Ölkəmizdə hökm sürən sabitlik və stabillik xarici investorların cəlb olunmasına stimul yaradır, turizmin inkişafını sürətləndirir, dünya standartlarına uyğun istehsal olunmuş məhsulların Azərbaycan brendi adı ilə ixrac olunmasını sürətləndirir.

Yeni Azərbaycan Partiyası gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bir sıra beynəlxalq layihələrə ev sahibliyi etməklə gənclərimizə böyük dəstək olur. YAP beynəlxalq əməkdaşlığa hər zaman üstünlük verərək ölkəmizi dünya aləmində daha da yaxşı tanıması və nüfuzunun artmasına xidmət edir. Biz birlikdə əyilməz bir qüvvəyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə