Və yaxud erməni lobbisinin dəmtutanları

"Ağacı içindən qurd yeyər" deyimi bugünükü dağıdıcı müxalifət düşərgəsinə aiddir. Güclü Azərbaycan dövləti dinamik inkişaf etdikcə, müxalifətin içi alışıb-yanır. Başlayırlar sosial şəbəkələrdə mitinq keçirmək çağırışı etməyə və xaricdə "siyasi mühacir" adı ilə sülənənlərə də göstərişlər verirlər ki, onlar da, bu çağırışı etsinlər. Bax, budur, alçaq xislətli satqınlıq və əxlaqsızlıq. Bu yerdə böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin "Daş qəlbli insanları neylərdin, İlahi" şeiri yadıma düşdü:

Daş qəlbli insanları neylerdin, İlahi?
Bizdə bu soyuq qanları neylerdin, İlahi?

Bu insanlar daş qəlbli yox, alçaq, əxlaqsız və mənəviyyatsızlardır. Sabir rəhmətlik belə satqınları, xalqına, dövltinə xəyanətkarlıq edib, özlərini satmaqla satılmağı da bacaranlara başqa cür deyərdi: "Ar olsun alçaqlıq bataqlığında eşələnlərə! Lənət olsun erməni üfunəti verənlərə! Azərbaycan dövlətinə düşmən qüvvələrin əlində aləti olmaqla, heç vaxt çirkin niyyətlərinizə çata bilməyəcəksiniz. Çünki Azərbaycan güclü dövlətdir, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur.

Siyavuş Novruzov: " Avropada küçə süpürməklə məşğul olan 5 və adını "siyasi mühacir" qoyanla zibilliklərdə eşələnirlər"

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov sözügedən məsələ ilə bağlı açıqlamasında bildirib ki, Vətən, xalq təəssübündən məhrum olan və Avropanın müxtəlif ölkələrində məskunlaşan "mühacirlər"in sosial şəbəkələrdə dövlətə və xalqa qarşı əxlaqsızcasına "qara piar" kampaniyasını davam etdirməsi, şübhəsiz, anti-Azərbaycan dairələrin, erməni lobbisinin "ənənəvi layihələr"inin növbəti epizodudur: "Hamımız yaxşı bilirik ki, anti-Azərbaycan dairələrin ölkəmizdə reallaşdırılan yerli və beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində "sapı özümüzdən olan baltaları" tora salaraq, öz çirkin və məkrli oyunlarına alət edərək, respublikamızı hədəfə almaları uzun illərdir ki, "ənənə" halını alıb. Anti-Azərbaycan dairələrin, erməni lobbisinin və onlarla işbirliyində olan milli satqınların- müxtəlif bəhanələrlə Qərbin ayrı-ayrı ölkələrində məskunlaşaraq, zibilxanalarda küllənən orduxanların, turalların, məhəmmədlərin, rafayılların, eləcə də, AXCP sədri Əli Kərimlinin, "Milli Şura"nın rəhbəri Cəmil Həsənlinin, qondarma "hüquq mülafiəçisi" Leyla və Arif Yunusların, həmçinin, onların tör-töküntülərinin, "yaldaşlar"ının, el arasında deyildiyi kimi, "fısları yatacaq". Bu xəyanətkarlar öz ağalarından aldıqları "yemlərini" nəhəng pitonlar kimi udub, bir müddət gizlinə çəkilərək, onu həzm etməklə məşğul olacaqlar.Azərbaycan əleyhdarlarının ikrah doğuran əməlləri bütün detalları ilə ortadadır. Onlar Azərbaycanın düşmənləridir. Bəs adını azərbaycanlı qoyaraq, onların dəyirmanına su tökən Vətən və millət dönüklərinin bu mənəviyyatsız, namərd əməllərinə nə ad vermək olar? Ölkəsinə, millətinə, şər-böhtan, təhqir yağdıran bu satqın "söyüş makinaları" Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli və digərləri pul və var-dövlət toplamaq həvəsi milli kimliklərini unutmuş əxlaqsızlardır".

Qarğa burunlu Əli Kərimli cəmiyyətdən təcrid edilməlidir

Ötən yazılarımda AXCP sədrinin portretini cızarkən, dəfələrlə qeyd etmişəm ki, Ə.Kərimlinin burnu qarğanın burnuna oxşayır və bunun da səbəbi həmin burnunu hər yerə soxmağa olduğunu da yazmışdım. Çünki onun özü və ətrafı istər sosial şəbəkələrdə, istərsə də mitinqlərdə Azərbaycan dövlətinin maraqlarına qarşı çıxışlar edir, bununla isbatlayırlar ki, zamanında Ə.Kərimli "şeytanla da əməkdaşlığa hazıram" ifadəsini heç vaxt işlətməyib. Əgər bu adam düşmənlərimizlə iş birliyinə gedirsə, demək, xəyanətkardır. Xəyanət isə, bağışlanılmır!
O da əbəs deyil ki, ölkənin bir sıra tanınmış siyasətçiləri - istər iqtidar, istərsə də müxalifət düşərgəsindən olsunlar, hər biri AXCP sədrinin keçmişi və hazırkı vaxtı ilə bağlı fikir bildirərkən, onun nə qədər xain ünsür olduğunu dilə gətirir.

Aydın Mirzəzadə: "Əli Kərimli açıq təxribata əl atır"

Millət vəkili Aydın Mirzəzadə də AXCP sədri Ə.Kərimli və partiyanın funksionerləri və fəallarının ictimai asayişi kobud şəkildə pozmaq istəyən, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar irəli sürməklə, bir daha cinayətkar əməllə sahibi olduqlarını nümayiş etdirdiklərini vurğulayıb və qeyd edib ki, bunda əsas məqsəd qanunu pozmuş və buna görə də, cəzalandırılmış şəxslərə bəraət qazandırmaq, cəmiyyətdə hüquq-mühafizə və məhkəmə sisteminə inamsızlıq formalaşdırmaqdır: "Əslində, həmin şəxslər, bilavasitə Ə.Kərimlinin özünün təlimatı əsasında hüquq pozuntuları törədiblər, qanunsuz aksiyalar keçirməyə cəhd ediblər, polisin qanuni tələblərini yerinə yetirməkdən imtina edərək, müqavimət göstəriblər və digər bu kimi əməllər törədiblər. İndi də Ə.Kərimli hakimiyyət orqanlarına qarşı kampaniya təşkil edir, bu cəzaların əsassız olduğunu isbat etməyə çalışır. Onun bu fəaliyyətini yalnız süni şəkildə ictimai narazılıq, müqavimət hərəkatı kimi formalaşdırmaq, cəmiyyətdə mövcud olan sabitliyi pozmaq cəhdi kimi səciyyələndirmək olar. Belə demək mümkündürsə, Ə.Kərimli artıq sözdən əmələ keçərək, açıq təxribatla məşğuldur".
A.Mirzəzadə onu da bildirib ki, bu məsələnin maraqlı tərəfi Ə.Kərimlinin pozucu fəaliyyətinin diqqətdən kənarda qalması, aidiyyəti orqanların buna heç bir reaksiya verməməsidir: "Hüquq- mühafizə orqanları qanunu pozub, aksiya keçirən insanı saxlyır və cəzalandırır. Lakin bunun təşkilatçısına qarşı heç bir tədbir görülmür. Artıq Ə.Kərimli və onun kimi açıq təxribatları təşkil edənlərə "dur" deməyin vaxtı çatıb və aidiyyəti orqanlar bu təxribatların qarşısını daha təsirli metodlarla almalıdırlar".

Mirmahmud Mirəlioğlu: "Əli Kərimli sosial şəbəkələrin "qananı", "təmizi" ola bilər, ancaq onun kimi oyunbaz satqını yoxdur"

Bu arada, KXCP sədri M.Mirəlioğlunun da AXCP sədri barədə dediklərini xatırlamaq olar. O, hələ bir müddət əvvəl demşidi ki, Ə.Kərimlinin bu manyak "arzusu" bu dəfə onun başında bərk partlayacaq. Məsələn, bu günlərdə Ə.Kərimlinin mərhum Əbülfəz Elçibəyin ruhu qarşısında həyasızcasına hər zamankı kimi yenə də sosial şəbəkədə ortalığa düşüb, özünü "qanan" hesab etməsini görərək, bu "əxlaqsızı cavabsız qoya bilmərəm" deyib, cavabını verdi: "Axı sən kimsən ki, ortalığa düşmüsən? Müxalifəti bu günə salan sən oyunbazsan. Ölkədə keçirilən bütün siyasi proseslərdə daha çox siyasi oyunbazlıq və siyasi əxlaqsızlıq nümayiş etdirirsən. Azərbaycan siyasətində sən Ə.Kərimli qədər xəyanətkar görməmişəm".
KXCP sədri, həmçinin, Ə.Kərimlini əxlaqsız olduğunu da bildirib: "Mən Ə.Kərimli kimi oyunbazlıq etmirəm, gördüklərimi deyirəm. Siyasətə siyasi əxlaqsızlıq, özündən böyüyə hörmətsizlik etməyi, ayaqaltı qazanlığı, iyrəncliyi, insanlar haqqında çirkin kampaniyalar aparıb ləkələmək, kimi işlərin altına imza atan Ə.Kərimlinin bu gün siyasət aləmində qalmasının özü qəribədir. İndi də bədbəxtçilik ondadır, Bala Kərimli peyda olub. Bu məxluqlar başdan-ayağa kimi zəlidirlər. Belələri, nəinki cəmiyyətin inkişafına yardımçı ola bilər, əksinə, mümkün qədər cəmiyyətə zərər verməklə məşğul olacaq. Bəli, həmişə demişəm, bu gün də deyirəm: ən böyük cinayətkar Ə.Kərimlidir... Tarixə nəzər yetirək: 2003-cü ildə dərs çıxarmağa məcbur olduğunuz hadisələr baş verdi. Ə.Kərimli, İ.Qəmbər evlərində oturdular, qapılarını bayırdan qıfılla bağlatdırıb, mürəbbəli çay içirdilər. Bəs bu zaman Azadlıq Meydanında nə baş verirdi? Bu iki şəxsin pul verib öyrətdiyi, antiazərbaycançı, terrorçu, ermənipərəst insanlar şəhərimizi dağıtmağa cəhd göstərdilər. Dükanların vitrinlərini, şüşələrini sındırdılar, avtobusların təkərlərini partladıb şüşələrini sındırdılar, insanları döydülər. Bu adamların hamısı qanunla öz layiqli cəzalarını aldılar. Ə.Kərimli, İ.Qəmbər, həqiqətən də, müxalifət "lider"ləri idilərsə, nə üçün partiyadaşlarının önündə getmirdilər? Nə üçün partiyadaşları şəhərin küçələrində anarxiya yaradanda, özləri mürəbbəli çay içirdilər? Axı danışanda, tarixdən siyasi mübarizə metodlarından danışırlar. "Lider"iniz önünüzdə olmalı deyildimi? Niyə qaçıb gizlənmişdi? Ə.Kərimli kimi satqınlar gec-tec cəzasını almalıdır!"

Xainlərə güzəşt edilməməlidir

Bəlkə də belə sərt deyilən söz kimlərdəsə qıcıq yarada bilər. Amma belələrinin çörəyi dizinin üstündədir. Bir də satqından, Vətən xainindən nə gözləmək olar? Xainlərə güzəşt edilməməlidir. Ə.Kərimli kimlər və belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...