Komitə qalib jurnalistləri mükafatlandırıb

Bu gün Azərbaycan Resublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Azərbaycanda şeyxülislamlıq institutu: keçmişdən bu günə" mövzusunda konfrans keçirilir. SİA-nın verdiyi məlumata görə, konfransda DQİDK və Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, dini icma sədrləri, din xadimləri, həmçinin ictimaiyyət fəalları iştirak edirlər.

Tədbiri giriş sözü ilə DQİDK-nın sədr müavini Gündüz İsmayılov açaraq konfransın əhəmiyyətindən danışıb və qalibləri təbrik edib.

Daha sonra "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev, QMİ-nin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova, Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərinin formalaşmasında şeyxülislamlıq institutunun yeri və rolu barədə fikirlərini bölüşüb.

Konfrans çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi "İmam Rza" məscidi dini icmasının Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi "Şeyxülislam Allahşükür Paşazadə-70" mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə