Mais Səfərli: “Əli Kərimlidən hər cür yaramazlıq gözləmək olar” RƏY-ÖZƏL

“Bu gün ölkə ictimaiyyəti Əli Kərimlini də, digər o radikal müxalifətin liderlərini də çox gözəl tanıyır”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, dəfələrlə xalq AXCP sədrinin qəpik-quruş qazanmaq üçün milli maraqları satmağa çalışdığının şahidi olub: “Bu baxımdan Əli Kərimlidən hər cür yaramazlıq gözləmək olar. Onun kimilər nə qədər təxribatlara cəhd etsələr də istəklərinə nail ola bilməyəcəklər. Ölkədə gedən inkişafdan vətəndaşlar çox məmnundurlar və müxalifətin bu cür reallığı özündə əks etdirməyən fikirlər səsləndirməsinə it hürər karvan kimi keçər məsli kimi baxırlar. Bunların diqqət mərkəzinə çevrilmək üçün atdıqları təxribatlarına cəmiyyət əhəmiyyətsiz yanaşırlar. Yəni müxalifət düşərgəsinin təmsil edən şəxslərin özləri də çox gözəl bilirlər ki, Azərbaycan vətəndaşları müxalifətin dediklərinə heç vaxtı inanmır. Qaldı ki, müxalifətin bu cür fəallaşması onlara onlar xaricdən təlimat verilir. Azərbaycanın inkişafından çox narahat olan, qısqanclıq hissi keçirən bəzi siyasi dairələr var. Yəni xaricidə olan bəzi qüvvələr var ki, Azərbaycan dövlətinin inkişaf etməsi onları sevindirmir, əksinə onlar bu inkişafdan narahatlıq hissi keçirirlər. Azərbaycan getdikcə qüdrətlənib, Azərbaycan bu gün nəyin ki, regionun güclü qüdrətli dövlətinə çevrilib, Azərbaycan artıq dünyada öz hörmətini qazanmış nüfuzla bir dövlətdir. Ona görə də, bunlar çalışırlar ki, bizim inkişafımızı əngəlləsinlər. Amma onların nə etməsindən və deməsindən asılı olmayaraq onlar heç vaxt öz məkrli istəklərinə çatmayacaqdır”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə