Anar Xəlilov: “Əli Kərimli kimi satqının təxribatlarının arxasında maraqlı qüvvələrdə dayanır” RƏY-ÖZƏL

“Hər zaman olduğu kimi yenə də bu isti havalarda yatan müxalifət adətən payız ayları yaxınlaşdıqca fəallaşmağa başlayırlar, amma çox təəssüflər olsun ki, bunların fəallaşması hər zaman olduğu kimi bu dəfə də şər-böhtan, heç bir fakta söykənməyən sensasiyon və şou xarakterli informasiyaları yaymaqdan ibarət olur”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən şəxslərin xalq arasında heç bir dəyəri qalmayıb, yəni xalq üçün müxalifətin var olub olmaması maraqlı deyil: “Çünki xalq içərində onları dinləyəcək vətəndaş yoxdur. Belə olan halda da müxalifətin yeganə vasitələri internet vasitələridir ki, yəni sosial şəbəkələrdir ki, hansı ki, burda oturub və ağıllarına gələni uyduraraq sensasiyon xəbərlər yaymaqla ictimaiyyəti çaşdırmağa cəhd edirlər. Təbii ki, Əli Kərimli kimi satqının təxribatlarının arxasında qüvvələrdə dayanır. Bir sözlə, bunların başında beynəlxalq anti-Azərbaycan mövqe tutan erməni lobbisi tərəfindən maliyyələşən təşkilatlar və digər Azərbaycanı sevməyən qüvvələr durur. Dəfələrlə də bu faktlar sübut olunub. Onların söyüş kampaniyasına qoşulan xaricidə ki, əlaltılarının da hardan maliyyələşdiyi fakt olaraq, ortaya qoyulmuş və xalqa çatdırılmışdır. Ona görə də, hər dəfə olduğu kimi bu dəfə də bunların qaraguruh əməlləri və böhtan kampaniyası iflasa uğrayacaqdır. Onlar fakta söykənməyən şər kampaniyasına başladıqları andan iflasa məhkumdurlar. Çünki əsil həqiqəti xalq bilir və həqiqət göz qarşısındadır və xalq düzü əyridən seçməyi bacarır”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə