Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib
Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib. Təbrikdə deyilir:
Hörmətli Şeyx həzrətləri,
Sizi anadan olmağınızın 70, şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı Siz həm dini rəhbər, həm də ictimai xadim kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmisiniz. Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli xidmətlər göstərmisiniz.
Siz bütün həyatınız boyu cəmiyyətdə yüksək əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olması yolunda əzmlə çalışmış, xalqımızın mənəvi sərvətlərinin qorunub saxlanması istiqamətində uğurlu fəaliyyət göstərmisiniz. Şeyxülislamlıq fəaliyyətiniz dövründə bir sıra ilklərə imza atmısınız. Xüsusilə müqəddəs kitabımız Qurani-Kərimin tərcüməsinin təşkil olunması və nəşr edilməsi, Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi, ölkəmizdə vəhdət namazı ənənəsinin dirçəldilməsi məhz Sizin adınızla bağlıdır. Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin formalaşmasına verdiyiniz töhfələr də danılmazdır.
Sizin fəaliyyətinizdə təkcə Azərbaycanın deyil, həm də dini lideri olduğunuz bütün Qafqaz müsəlmanlarının problem və qayğılarının beynəlxalq ictimaiyyətə çatdırılması mühüm yer tutur. Siz daim müsəlman həmrəyliyi prinsiplərindən çıxış edərək İslam dünyasında törədilən qanlı hadisələrə öz etirazınızı bildirmiş, müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və böyük dövlətlər qarşısında məsələ qaldırmış, dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində ardıcıl fəaliyyət göstərmisiniz.
Müxtəlif konfessiyaların liderləri arasında böyük nüfuza malik şəxs kimi Siz bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunur, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun dərinləşməsinə sanballı töhfələr verirsiniz.
Hörmətli Şeyx həzrətləri,
Bu əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, nəcib və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 avqust 2019-cu il.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Yurgen Kloppun əvəzinə yeni namizəd
İdman 22:34Azərbaycan Kuboku: “Qarabağ” finala yüksəlib
İdman 22:15Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
Mədəniyyət 22:07Litva Kiyevdəki səfirini geri çağırıb
Dünya 21:15Ali qonağın şərəfinə dövlət ziyafəti
Siyasət 20:58Ursula fon der Leyeni Mario Draqi əvəzləyəcək..?
Dünya 20:38Lukaşenko heç vaxt oğru olmadığını deyir...
Dünya 20:26İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
Siyasət 20:15"Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib"
İqtisadiyyat 19:44BMT-nin hesabatı: Dünyada 282 milyon insan acdır
Dünya 19:3835 il də türmə həyatı olar..?
Dünya 19:25İranda məşhur reper edam cəzasına məhkum edilib
Dünya 19:14Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
İdman 18:54“Bakcell”in məşhur simaları bütün ölkəni Bulvardakı konsertə səsləyir
Texnologiya 18:39Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət edib
Siyasət 18:36Timur İvanovu Ukrayna kəşfiyyatı həbs etdirib
Dünya 18:27Azərbaycandan dünyaya Yaşıl Baxış
Siyasət 18:11Ombudsman Böyük Britaniya səfirini məlumatlandırıb
Siyasət 17:10Yazıçı, şair Şövkət Horovlunun yaradıcılıq gecəsi keçirildi
Mədəniyyət 16:57“Yaşıl iqtisadiyyat dayanıqlı inkişafın modeli kimi”
İqtisadiyyat 16:54Atlar Londonun mərkəzini xaosa çevirdi
Dünya 16:18Münasibətlərimiz gələcək inkişafa töhfə verir
Siyasət 16:00Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Dünya 15:39Yeni anlaşma memorandumu imzalanıb
Təhsil 15:31Günəş vannası qəbul edərkən öldü
Dünya 15:30Siyasi münasibətlər yüksək səviyyədədir
Siyasət 15:18"Günümüzün əsas çağırışlarından biri..." - ŞƏRH
Siyasət 15:17Azərbaycan-Macarıstan enerji İşçi Qrupunun iclası keçirilib - FOTOLAR
İqtisadiyyat 15:12Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
İqtisadiyyat 15:02Prezident İlham Əliyev Qırğızıstana təşəkkürünü bildirib
Siyasət 14:58Fransada Denge qızdırması halları artıb
Dünya 14:56Sabunçu qəsəbəsində yanğın baş verib
Hadisə 14:56Əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat 14:48Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək
İqtisadiyyat 14:44İki dövlət arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb
İqtisadiyyat 14:39Azərbaycanla bu dövlət arasında ikiqat vergitutma aradan qaldırılır
İqtisadiyyat 14:32Sabiq baş pediatr özünü güllələyib
Hadisə 14:23Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8198 +0,49%
- GBP 2,1173 +0,86%
- RUB 0,0182 0,00%