Erməni ekspert: "Bakıya uduzuruq"

Ermənistan xarici siyasət sferasında zəifdir. Hakimiyyət xarici siyasət məsələlərini buraxıb, daha çox daxili siyasət məsələləri, yalançı gündəmin formalaşdırılması ilə məşğuldur. Axar.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında erməni politoloq Qagik Ambaryan deyib. “Qarabağla dostluq münasibətləri quran Fransa şəhərləri mövcud kontraktların hamısını ləğv etdilər, ABŞ Konqresində Qarabağa yardımın verilib-verilməməsi müzakirə edilir, Moskva ilə münasibətlər qaydasında deyil. Biz Türkiyənin Naxçıvana münasibətdə ambisiyalarını görməzdən gəlirik. Problemlər çoxdur, amma hakimiyyət üçün əsas hakimiyyətini qorumaqdır. Paşinyan hakimiyyətə təcrübəsiz komandasıyla gəldi, səhvlər buraxdı və indi bundan onun opponentləri yararlanır.

Xarici İşlər naziri Zöhrab Mnatsakanyan daha çox partizan stilində çalışır. Buna görə mediada Mnatsakanyandan sonra müdafiə naziri, polis rəisi və Milli Təhlükəsizlik Xidməti rəisi peyda olub. Diplomatiya ictimailiyi sevir. Ona görə də, Azərbaycan və Türkiyə daha aqressiv və açıq diplomatiya tətbiq edirlər. Mnatsakanyanın işlərinin nəticələrini göstərməsi yaxşı olardı. Şarl Aznavur ölən kimi Fransa məhkəmələri Qarabağla bağlı imzalanan memorandumları ləğv etdi”, - deyə o bildirib.

Ambaryan Paşinyanın ən rusiyayönlü siyasətçi olduğunu, amma Moskvanın hələ ona inanmadığını deyib:

“Ehtiyatlı olmağı məsləhət görərdim. Biz Rusiyadan Ermənistanda baza saxlamağı xahiş edirik. Bütün keçmiş prezidentlər yaxşı bilirlər ki, Ermənistan bu bazadan imtina edəcəyi halda hansı çağırışlarla üz-üzə qala bilər. Rusiya və Rusiya prezidentinin ünvanına sərt bəyanatlar səsləndirəndə heç kim unutmasın ki, rifahımız bu ölkədən asılıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...