"Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir"

"Biz gənclərimizə böyük inamla yanaşırıq, Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir". Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüşdə deyib.

Əli Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidenti apardığı siyasətdə həmişə gənclərə önəm verir: “Bu təsadüfi deyil, gələcəyimiz gənclərlə bağlıdır. İstər dövlətimizIn, istər cəmiyyətimizin, istər partiyamızın gələcəyi gənclərlə bağlıdır. Ona görə də bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, onlarla müxtəlif tədbirlər keçiririk, onları daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun. Məmmunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının bir hissəsini gənclər birliyində birləşiblər və bununla da onlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər”.
Əli Əhmədov vurğulayıb ki, Azərbaycan gəncləri yaxşı təhsil almalıdır: “Biz istəyirik ki, Azərbaycan gəncləri həm yaxşı təhsil alsınlar, gözəl biliklərə yiyələnsinlər, Vətənimizin inkişafı naminə ləyaqətlə xidmət etsinlər. Eyni zamanda biz istəyirik ki, gənclərimiz sağlam böyüsünlər, idmanla, bədən tərbiyəsi ilə məşğul olsunlar. Ona görə bu idman kompleksi gənclərin idmanla məşğul olmalarına hər cür şərait yaradır. Bizim bu layihənin məqsədi ondan ibarətdir ki, gənclərimiz öz istəklərinə uyğun olaraq ayrı-ayrı idman növləri ilə, bədən tərbiyəsi ilə məşğul olsunlar. Biz idman federasiyaları ilə birgə gənclərimizə bu imkanları təmin edəcəyik”.

Digər layihələrimiz


Tərəfdaşlarımız