"Azərbaycanın yüksək investisiya cəlbediciliyi böyük əhəmiyyət daşıyır" MÖVQE-ÖZƏL

"Bu ilin birinci yarısında da milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri neftdən kənar sektorda, o cümlədən də qeyri-neft sənayesində qeydə alınıb. Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını və dayanıqlılığını şərtləndirən mühüm amillərdən biridir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcminin ildən-ilə artdığını deyən deputat söyləyib ki, beynəlxalq miqyasda ayrı-ayrı ölkələrin sərmayələrin cəlb edilməsində ciddi problemlərlə üzlədiklərini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanın yüksək investisiya cəlbediciliyini qoruyub saxlaması böyük əhəmiyyət daşıyır.

T.Rzayev deyib ki, son 16 ildə respublikamıza sərmayə qoyuluşunun əhəmiyyətli dərəcədə artması ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır: "Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...