Yerevanda etirazçılar yolu bağlayıb

Ermənistanın paytaxtı Yerevanda bir qrup fəal Baqramyan prospektində yolu bağlayıb. Trend-in məlumatına görə, onlar Amulsar qızıl mədəninin işlənməsi ilə bağlı qərara etiraz edib. Qeyd olunur ki, etirazçılar parlamentə doğru hərəkət etmək istəyərkən polis onların qarşısını kəsib. Nəticədə nümayişçilər avtomobil yolunu bağlayıb.

Bu gün səhər saatlarında fəalların baş nazir Nikol Paşinyanla görüşdüyü deyilir. N.Paşinyan Cermuk şəhəri yaxınlığındakı qızıl mədəninin işini davam etdirəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə