"Türkiyə terrorla 3 istiqamətdə mübarizə aparır" RƏY-ÖZƏL

“Türkiyə Cümhuriyyət tarixində terrora qarşı bəlkə də bu qədər hərtərəfli və genişhəcmli mübarizə tədbirləri həyata keçirməyib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Qardaş ölkənin terrorla 3 istiqamətdə mübarizə apardığını deyən politoloq söyləyib ki, birincisi, FETÖ üzvlərinin həbsləri davam edir, dövlət struktrları təmizlənir, Avropadakı uzantıları axtarışa verilib: “İkincisi, Suriyada PKK-PYD qruplaşmasına qarşı aparılan əməliyyatlara biri də bugünlərdə əlavə olunacaq, üçüncüsü, Türkiyə ordusu ayrıca İraqda PKK mövqelərini də bombalamaqda davam edir”.

Onun sözlərinə görə, bundan başqa PKK-nın Türkiyə daxilindəki siyasi uzantıları da neytrallaşdırılır: “Təsadüfi deyil ki, Diyarbəkir, Mardin və Van bələdiyyə başçıları vəzifələrindən uzaqlaşdırıldı. Çünki həmin bələdiyyələr bölgə insanının rihafına çalışmaq əvəzinə PKK-ya maliyyə və texnik dəstək saxlayırmış. Belə hallar keçmiş illərdə də olub. Türkiyə böyük və güclü dövlətdir, gərəkən halda terrorla mübarizəyə 4-cü və 5-ci istiqamətləri də əlavə edə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə