"Ölkəmiz bəyanatlara təmkinlə yanaşaraq və öz siyasətini yürütməkdə davam edir" RƏY-ÖZƏL

"Ermənistan rəhbəri və eləcə də XİN başçısının söylədiyi fikirlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlar prosesini pozmaq üçün bir bəhanə və erməni hiyləgərliyinin təzahürüdür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

O bildirib ki, son dövrlər Ermənistan tərəfindən səslənən fikirlərin beynəlxalq hüquqa zidd olduğunu, Azərbaycan tərəfi də yaxşı anlayır: “Biz belə məqamlarda təmkinli olmalı, düşmənin təxribatlarına uymamalıyıq. Azərbaycan tərəfi də buna əməl edərək Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist müəyyən məqsədlərə xidmət edən bəyanatlarına soyuqqanlı və təmkinlə yanaşır və öz siyasətini yürütməkdə davam edir”.

Deputat qeyd edib ki, belə təmkinli davranış, əslində, Azərbaycanın dünyadakı nüfuzunu bir daha artırır: "Azərbaycanın sülhə sədaqətinin nümayişi kimi dəyərləndirilir".

Azərbaycan ordusunun dünyanın ən güclüləri arasında yer aldığını xüsusi vurğulayan İ. Məmmədov əlavə edib ki, ölkəmiz istənilən an işğal altında olan torpaqları düşmən tapdağından azad etməyə hazırdır və buna qadir ordusu vardır

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə