“Azərbaycanın layiqli övladları ilə fəxr edirəm” Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ali Hərbi Məktəbin bir qrup məzunu ilə birlikdə şəhidlərin xatirəsini yad edib. SİA-nın verdiyi məlumata görə, bu barədə Mehriban Əliyevanın "İnstagram" səhifəsində məlumat yer alıb.

"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm. Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!", - deyə məlumatda qeyd olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə