Azərbaycan Prezidenti indoneziyalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

SİA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına əmin-amanlıq və rifah diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...