Cəmiyyət müxalifətə nifrət bəsləyir

Satqın və xəyanətkar imici qazanan Əli Kərimli və Arif Hacılı siyasi səhnəni tərk etməyincə, cəmiyyətin müxalifətə olan mənfi münasibəti dəyişməyəcək

Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, xalqa və dövlətə zidd fəaliyyətləri ilə seçilən müxalifət liderləri hər hansı müstəqil fəaliyyət gücünə malik deyillər. Onlar daha cox xarici anti-Azərbaycan qüvvələrin sifarişləri əsasında fəaliyyətlərini qururlar. Xarici tələblərin yerinə yetirilməsi qarşılığında da pul-para alırlar. Sual yaranır: niyə müxalifət müstəqil fəaliyyət göstərə bilmir və üzlərini ancaq xarici dairələrə tuturlar? Bunun da səbəbi onların ictimaiyyət tərəfindən dəstəklərinin olmamasıdır. Cəmiyyətin birmənalı mövqeyi ondan ibarətdir ki, dağıdıcı müxalifət milli və dövlətçilik maraqlarına qarşı qərəzli mövqe nümayiş etdirir. Bəzən xarici qüvvələrin maddi və mənəvi dəstəyinə arxalanaraq, ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa və qarşıdurmalar yaratmağa cəhd göstərirlər. Təbii ki, bu da, ictimai rəydə müxalifətə qarşı narazılıqlar yaradır.

Əli Kərimli müxalifətin üz qarasıdır

İnsanlar müxalifətin başbilənləri hesab olunan İsa Qəmbərə, Arif Hacılıya, Əli Kərimliyə və digərlərinə nifrət bəsləyirlər. Bunu müxalifət liderlərinin özləri də dərk edir və başa düşürlər. Ona görə də, çıxış yolunu xarici qüvvələrlə əməkdaşlıq münasibətlərini genişləndirməkdə görürlər. ASDP sədri Araz Əlizadə əlləri xarici məkrli qüvvələrin cibində olan dağıdıcı müxalifətin satqın olduğunu və belə mövqe tutanlarln yanında kiminsə qala biləcəyinin inandırıcı olmadığını söyləyib: “Satqınlıq və xəyanət yolu tutanlara kimsə, o cümlədən, yerli və xarici qüvvələr dəstək verməz. Himayədarlıq yalnız müvəqqəti xarakter daşıya bilər. Sonra isə, yollar ayrılacaq. İndiki müxakifət təmsilçiləri bu reallığı dərk etməlidir. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev isə satqın müxalifət başbilənlərinin fəaliyyətlərinə daha kəskin münasibət bildirb. H.Hacıyev qeyd edib ki, Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər və digər dağıdıcı partiya sədrlərinin fəaliyyətlərinin araşdırılmasına zərurət var: “Bu adamların fəaliyyəti ciddi şəkildə araşdırılsa, kifayət qədər cinayət əməlləri üzə çıxar. Əli Kərimli öz liderini zəhərləyib öldürən adamdır. Elçibəy xəstə yatağında olanda, Ə.Kərimli "Azadlıq" qəzetində onun ünvanına qeyri-etik yazılar yazdırırdı. Elçibəyin cənazəsi gələn gün Ə.Kərimlinin sifarişi ilə «Azadlıq» qəzetinin manşetində onu təhqir eləmişdilər. İndi belə bir adamdan nə gözləmək olar? Ə.Kərimli də İsa Qəmbər də xarici qüvvələrə işləyirlər, ordan maliyyə alırlar və bu yolla ölkədə qarışıqlıq salmağa çalışırlar. Hesab edirəm ki, radikal müxalifətin xariclə əlaqələri, bank hesabları, yaxın ətrafının maliyyə qaynaqları da araşdırılmalıdır. Əgər dərindən araşdırma aparılsa, onları həbsə atmaq üçün kifayət qədər əsas tapmaq olar".
Mövcud faktlara baxmayaraq, fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran dağıdıcı müxalifət Azərbaycanda xaos yaratmaq üçün ən müxtəlif çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmir. Bu da, dağıdıcı müxalifətin çirkin və yaramaz siyasətinin dəyişməsinin mümkün olmadığını göstərir. Bununla da, bir daha əminliklə demək olar ki, xalqdan ayrı düşən dağıdıcı müxalifətin sağlam fəaliyyət yolu tutması və ya fəaliyyət göstərməsi mümkün deyil. Partiya sədrlərinin yeniləri ilə əvəzlənməsi də heç nəyi dəyişməyəcək. Çünki indiki partiya liderlərinin qərəzli təbliğatları ilə zəhərlənən sədrliyə yeni namizədlər postlarında oturduqdan sonra xələflərindən fərqli siyasət aparacaqları inandırıcı deyil. Bu baxımdan, hazırkı müxalif partiyaları fəaliyyətlərini dayandıra və ya başqa partiyalara transfer olunana qədər, adları bu cür zəif və gücsüz formada siyasi arenada çəkiləcək.

Trolları da Əli Kərimliyə kömək edə bilməyəcək

Mövcud reallıqlar fonunda, diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, cəmiyyət tərəfindən qətiyyətlə rədd edilən AXCP sədri Ə.Kərimli müxtəlif şou xarakterli açıqlamaları ilə gündəmə gəlməyə çalışır. Amma reallıq ondan ibarətdir ki, Ə.Kərimli, nəinki cəmiyyətdə, eləcə də, rəhbərlik etdiyi AXCP-də də qəbuledilmir. Hər kəs onu satqın və dövlətinə xəyanət edən şəxs kimi tanıyır. "Bayraqdar" kimi tanıdığı Elman Türkoğlu AXCP sədri Ə.Kərimlini qatil adlandırıb. E.Türkoğlunun sözlərinə görə, AXCP sədri Ə.Kərimli Elçibəyi zəhərləyərək öldürdükdən sonra "Yurd"u ələ keçirmək üçün "Yurd"un sədri Əlisafa bəyi və 39 milyon dollara görə Con Elvisi öldürtdürüb: "Sən satqın, xəyanətkar, qatil Əli Kərimoviç deyilmidin, milli azadlıq hərəkatının fədailərindən, mücahidlərindən biri olan, "Kommersant" qəzetinin baş redaktoru sənin satqınlığın və xəyanətkarlığın haqqında yazan İBİŞİ (İbrahimi) öldürən? Sən satqın, xəyanətkar, qatil Əli Kərimoviç deyilmidin, 39 milyon dollara görə Con Elvisi öldürtdürən? İndi başlamısan millətin adından danışmağa. Sənin millət haqqında danışmağa haqqın yoxdur. Axı niyə bu boyda ağ yalanlar üyüdürsən, hə?"
Bir sözlə, müxalifətin bugünkü gündə acınacıqlı və rüsvayçı vəziyyətə düşməsinin əsas günahkarı AXCP sədri Ə.Kərimlidi. Onun öz şəxsi maraqları xatirinə xarici maraqlı dairələrlə iş birliyinə gedib, satqınçılıq etməsi müxalifəti cəmiyyətin gözündən salıb. Təbii ki, bundan sonra müxalifət müxtəlif sahələr üzrə yeniləşsə və ya bəzi partiya sədrləri dəyişsə də, cəmiyyətin müxalifətə olan mənfi münasibətində dəyişikliklər olmayacaq. O zamana qədər ki, AXCP sədri Ə.Kərimli, Müsavat başqanı A.Hacılı, «Milli Şura”»nın rəhbəri C.Həsənli və Müsavatın keçmiş başqanı İ.Qəmbər siyasi arenanı birdəfəlik tərk etsinlər. Bu gözlənilənlərin reallaşması çətin olsa da, hər halda, bu, cəmiyyətin tələbidir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...