Ermənistan hakimiyyəti əhalini aldadır FAKT

“İrəvan sakinləri özlərini hakimiyyət tərəfindən aldadılmış hiss edirlər”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Çiçəklənən Ermənistan fraksiyasının üzvü Armen Nersisyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, buna səbəb hakimiyyət tərəfindən verilən vədlərin heç birinə əməl edilməməsidir: “Səlahiyyətlilər problemlərin olduğunu və onların həllinə dair addım atdıqlarını deyirlər. Bir ağackəsiminə görə insanlardan 200 min dram alırlar, amma ağacların qurumasına görə heç bir səlahiyyətli məsuliyyət daşımaq istəmir”.

Nersisyan bağçaların təmir ediləcəyi ilə bağlı verilən vədin yerinə yetirilmədiyini qeyd edərək əlavə edib ki, abadlıq, mənzil tikintisi və digər bir sıra problemlər hələ də həll olunmaz olaraq qalır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...