TOHGMİB-nın sədri Emin Həsənli: “Müxalifət xəyanətkar və satqınçılıq yolu tutub ”

- Hər zaman olduğu kimi, bu dəfə də müxalifət düşərgəsini təmsil edən şəxslər özlərini reklam edərək, bir müddət gündəmdə qalmaq üçün mitinq keçirmək niyyətinə düşüblər. Yəni müxalifət mitinq keçirməklə onu demək istəyir ki, bizdə varıq. Amma onların var olub, olmaması cəmiyyət üçün maraq deyil. Çünki xalq müxalifətin məkrli xarici maraqlı dairələrə bağlı olduğunu və hansı pozucu planlar qurduğunu çox yaxşı bili. Reallıq ondan ibarətdir ki, müxalifət partiya sədrlərinin özləri də, çox yaxı bilirlər ki, onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Ümumiyyətlə, onlar tərəfindən planlaşdırılan mitinqlərə ancaq özlərinin partiyalarında təmsil olunalar və qohumları qatılırlar. Bir sözlə, hər zaman olduğ kimi bu dəfə də müxalifət tərəfindən keçirilməsi planlaşdırılan mitinqlər uğursuzluqla nəticələnəcəkdir. Çünk AXCP sdəri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı və digərləri öz ağılları ilə hərəkət etmirlər. Onları aksiyalar keçirməyə, ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyə xələl gətirməyə və bununlada mütərəqqi uğurlara kölgə salmağa məcbur edən qüvvələr var. Bu həmin mərli xarici dairələrdir ki. müxalifətə maliyyə yardımları göstərir. Yəni, xarci dairələr ələ baxım funksiyasını yerinə yetirən müxalifətdən istifadə edir. Bir növ müxalifət maşa rolunu oynayır. Bu da onu deməyə əsas verir ki, müxalifət xəyanətkar və satqınçılıq yolu tutub. Belə müxalifət və onların baş bilənləri hər cür ittihama və qınağa layiqdir.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...