2019-cu ilin yanvar-aprel aylarında Rusiyaya Ermənistan əhalisinin miqrasiya artımı kəskin şəkildə artaraq bütün əvvəlki on ilin göstəricilərini üstələyib. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə rusarminfo.ru saytı informasiya verilib.

Qaydar adına iqtisdi siyasət institutunun araşdırmalarına görə, Rusiyaya əhalinin miqrasiyası kəskin şəkildə artıb və ötən ili üstələyib. Məlumatda qeyd olunur ki, 2018-ci ilin ilk aylarında Rusiyaya miqrasiya edənlərin sayı 57,1 min olduğu halda, analoji dövrdə bu rəqəm 98 min təşkil edib.

Araşdırmalar nəticəsində əldə olunan məlumatda o da qeyd olunur ki, Rusiyaya köçənlər içərisində çoxluq təşkil edən daha çox ermənilərdir. 2019-cu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya 12, 8 min nəfər köçüb.

Halbuki, ötən ilin eyni dövründə köçənlərin sayı 4,9 min nəfər olub.

Araşdırmalar təsdiq edir ki, hazırki hakimiyyətin pafoslarının fonun ermənilər artıq ölkəni tərk edirlər və deməli, heç də öz ölkələrindən, onun yaşayışından və durumundan razı deyillər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...