Dövlətin mediaya diqqət və qayğısı davamlıdır ÖZƏL

Prezident İlham Əliyevin mətbuatın inkişafının stimullaşdırılması ilə bağlı növbəti birdəfəlik maliyyə yardımının ayrılmasına dair sərəncamı bir daha sübut edir ki, Azərbaycan dövləti medianın tərəqqisini daim diqqəti mərkəzində saxlayır. SİA olaraq, bununla bağlı qəzet baş redaktorlarının fikirlərini də öyrəndik.

“Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova

- Bildiyimiz kimi, Milli Mətbuat Günü ilə bağlı Prezident İlham Əliyev tərəfindən qəzetlərin inkişafının stimullaşdırılması ilə bağlı növbəti birdəfəlik maliyyə yardımının ayrılmasına dair sərəncam imzalandı. Artıq ənənə halını alan bu cür sərəncamlar çap mediasının, qəzetlərin maddi durumunun yaxşılaşdırılması məsələsində hər zaman mühüm rol oynayıb. Xüsusilə də bir neçə il əvvəl devalivasiya ilə bağlı çap xərclərinin də artması qəzetlərin maddi durumuna olduqca mənfi təsir göstərmişdi. Məhz belə bir zamanda dövlət başçısı tərəfindən Milli Mətbuat Günü ərəfəsində çap mediasına dövlət büdcəsi hesabına əlavə yardımların edilməsi ilə bağlı sərəncamları qəzetlərin üzləşdiyi bu problemlərin həllinə müsbət təsir göstərdi. Biz də çap mediasının ayaqda durması, qəzetlərin maddi durumlarının daha da yaxşılaşdırılması ilə bağlı dövlət başçısının məlum sərəncamlarını alqışlayırıq. Prezident İlham Əliyev tərəfindən atılan bu addımlar dövlətin mətbuata yüksək diqqət və qayğısının bariz nümunəsidir.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev

- Azərbaycanda mediaya dövlətin dəstəyi artıq bir işlək mexanizmə çevrilib. Bu mexanizm çərçivəsində hər il KİV-lərin inkişafına müəyyən maliyyə vəsait ayrılır, həmin o vəsaitdə KİVDF-nin həyata keçirdiyi qəzetlər üçün layihələr əsasında, jurnalistlər üçün yazı müsabiqələri əsasında jurnalistlərə, media orqanlarına, qəzetlərə çatdırılır. Bu dəfəki fərmana da həmin kontekstdən yanaşıram. Yəni KİV-lərə dövlətin dəstək mexanizminin fasiləsiz işlədiyini göstərən bir hadisədir. Aydın məsələdir ki, KİV-lərin inkişafına ayrılan vəsait bütün hallarda qəzetlərin inkişafına kömək edir, jurnalistlərin, qəzet əməkdaşlarının maddi rifahının yaxşılaşmasında öz rolunu və təsirini göstərir. Bütün hallarda bu səmərəli bir mexanizmidir, dövlətin əhəmiyyətli dəstəyidir, dünyanın bütün ölkələrində media orqanlarının kənardan maliyyə dəstəyinə həmişə ehtiyacı var bu ehtiyacın ödənməsi üçün dünyanın müxtəlif ölkələrində müxtəlif addımlar, mexanizmlər həyata keçirilir. Düşünürəm ki, Azərbaycanda həyata keçirilən dövlətin adından bu dəstək mexanizmini özünün şəffaflığı, sistemliliyi və fasiləsizliyi ilə seçilir. Dövlətin mediaya maliyyə dəstəyi önəmlidir, əgər dövlət tərəfindən bu dəstək olmasa onda ölkəmizdə media qurumlarının hərəsi mənşəyi bilinməyən müxtəlif qurumların, şəxslərin, qruplaşmaların təsiri altına düşər ki, bu ölkə üçün çox arzu olunmayan nəticələrə gətirib çıxarda bilər. Ona görə də, cənab Prezidentin dövlət adından etdiyi bu yardımı yüksək qiymətləndirirəm.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...