Ermənistan ordusunda yezidi kürdlərə qarşı iqri diskriminasiya ANALİTİK

Yaxud, Broyan ayıbı

Ermənistan ictimaiyyətində yezidi kürdlərə qarşı irqi diskriminasiyanın mövcud olması kimsəyə sirr deyil. Bütün sahələrdə özlərinə qarşı ayrıseçkilik edildiyini yezidi kürdlər də gizli saxlamırlar. Onlar sadəcə Saerj Sarkisyan zamanında deyil, hazırda Nikol Paşinyan iqtidarında da eyni ölçüdə çətin vəziyyətdə olduqlarını deyirlər. Belə ki, ötən il onlar bir bəyanat verərək, özlərinə qarşı tətbiq edilən haqsızlıqları da dilə gətirmişdilər. Lakin dəyişən bir şey olmadığı kimi, durum daha da şiddətlənir.

Ermənistan mediası: “20 yaşlı bu gənc təxminən bir ildir ki, xəstəxanada yatır, ağıl və ruhi xəstəlikləri mərkəzlərində hələ də müalicə almaqdadır”

Artıq bir ildir ki, Ermənistan ictimaiyyəti yezidi əsgər Yurik Broyanın ətrafında inkişaf edən hadisələrlə çalxalanmaqdadır. SİA-ya daxil olan məlumata görə, erməni mediası yazır ki, yezidi kürdü Broyan əsgərliyə getdikdən təxminan 10 gün sonra Bad ləqəbəli komandir Armen Arutunyan tərəfindən vəhşicəsinə döyülmüş və psixiki pozğunluğa məruz qalmışdır. “20 yaşlı bu gənc təxminən bir ildir ki, xəstəxanada yatır, ağıl və ruhi xəstəlikləri mərkəzlərində hələ də müalicə almaqdadır”, yazan erməni mediası qeyd edir ki, Broyanın Armavir vilayətinin Caray kəndində yaşayan anası Mariya Broyanın sözlərinə görə, Yurik hərbi xidmətə qədər hətta məktəbə beə getməyib və savadsızdır: “Ta uşaqlığından tez-tez özünə qapanan, özünə xəsarət yetirən övladımın hansı yolla hərbi xidmətə aparılması bu gün də məni düşündürür”.

Onun bu addımlarını “fürsətcillik” sanan komandirlər, xüsusilə Armen Arutunyan Yuriki vəhşicəsinə döyüb

Yezidi xəstə gəncin hansı yolla əsgərliyə aparılması bu gün də ciddi mövzuya çevrilib. Belə ki, işğal altındakı Qarabağın Ağdərə bölgəsində hərbi xidmətə aparılmış Broyan xəstəliyi səbəbindən heç vaxt müvafiq işlərə qatılmayıb. Onun bu addımlarını “fürsətcillik” sanan komandirlər, xüsusilə Armen Arutunyan Yuriki vəhşicəsinə döyüb. Çox pis vəziyyətdə qalan yezidi kürd gənci bir neçə gün bağlı qapılar arxasında saxlanılar gendə bir neçə dəfə döyülürmüş Nəticədə o, onsuz da zəif olan ruhi sağlamlığını daha da itirib. Lakin onun müalicəsi bir ildən artıqdır ki, davam etsə də əziyyəti bitib-tükənmir.

Bu arada, onun vəkili Ayrapi Sarkisyan iyulun 18-də keçirdiyi mətbuat konfransında müvəkkilinin hələ də hərbi polot tərəfindən nəzarətdə saxlanıldığını bu minvalla ruhi-psixiki sıxıntı yaaşadığını deyib. Məsələnin maraqlı tərəfi isə budur ki, Ermənistanın müdafiə nazirliyinin həkim heyəti Broyanın “sağlam” olduğu barədə rəy veriblər. Hətta müvafiq dərmanlar belə yezidi gəncinə verilmir. Həkimlər Broyanın anasını da ittiham edərək, onu xəstəxanada deyil, evdə müalicə etdiryini bildirirlər. Lakin Broyanın vəkili bu iddiaları yalanlayır və onun Kanaz hərbi hospitalında saxlanıldığını deyir. “Ümid edirəm ki, müvəkkilim yenidən hərbi xidmətə aparılmayacaq”, deyə Ayrapi Sarkisyan bildirib.

Beləliklə, sadəcə bu məsələnin təhlilini apararkən belə nəticəyə gəlməyə zəmin yaranır ki, Ermənistan ordusunda digər millətlərə və dinlərə aid ölkə vətəndaşlarına qarşı ciddi ayrıseçkilik, diskriminasiya mövcuddur. Broyan hadisəsi isə həmin hadisələrdən yalnız biridir. Dünyada monoetnik ölkələrdən sayılan Ermənistanda baş verən bənzər olayların isə,ç sayı-hesabı tükənmir və artıq bir sıra beynəlxalq təşkilatlar bu məsələni diqqətlərində saxlayırlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...