"Azərbaycanla Çin arasında strateji əməkdaşlıq uğurla davam edəcək" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlıq inkişaf etdikcə bu iki ölkə münasibətləri yaxşılaşır, daha da genişlənir". Bunu SİA-ya açıqlamasında deputat Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında iqtisadi, nəqliyyat, sənayə, kənd təsərrüfatı, sahələrinin qarşılıqlı inkişafı ilə əlaqədar bir sıra sənədlər imzalanıb: "Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Çin Xalq Respublikasında keçirilən “Bir Kəmər bir yol” beynəlxalq forumda iştirak etməsi, Çin Xalq Respublikasının sədri cənab Si Cınpı ilə görüşü və bu görüş zamanı imzalanan mühüm əhəmiyyətə malik sənədlər ölkəmiz arasındakı əməkdaşlığın inkişafına xidmət edirdi. Çin Komminist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyətinin Prezidentimiz tərəfindən qəbul edilməsi əlaqələrin inkişafına böyük təkan verəcəkdir.

Si Cınpının Yeni Dövr Çin səciyyəvi sosializm ideyası mövzusunda konfransı, bu konfrans dövlətlərarası, xalqlararası, əlaqələrin yeni mərhələsinə qədəm qoyacaq. Qədim ipək yolunun bərpası, Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizi Çinin Avropaya çıxışını daha da yaxınlaşdırmaqla iqtisadi inkişafını sürətləndirəcəkdir. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji əməkdaşlıq uğurla davam edəcəkdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...