Ağdamın işğalından 26 il ötür

Bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 26 il ötür. SİA-nın verdiyi məlumata görə, işğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonu ermənilərin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan artıq ziyan dəyib.

Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam uğrunda bir aydan artıq gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə