Mais Səfərli: “Nə xarici qüvvələr, nə də ki, müxalifətin Azərbaycan dövlətinin uğurlarına heç vaxt kölgə sala bilməyəcəklər” RƏY-ÖZƏL

“Dağıdıcı müxalifət partiyaları hər zaman xaricidə olan havadarlarından asılı bir vəziyyətdədirlər”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” Partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, müxalifət xaricidəki “ağalarından” aldıqları maliyyə vəsaiti hesabına boş qalan ciblərini doldurmaqla məşğuldurlar: “Əlbəttə ki, xarici qüvvələr də bu maliyyənin qarşılığında onlardan Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq üçün bir vasitə kimi istifadə edir. Ümumiyyətlə, nə xarici qüvvələrin, nə də ki, müxalifətin nə istəməsindən və nə etməsindən asılı olmayaraq, onların inkişaf etmiş güclü Azərbaycan dövlətinin uğurlarına heç vaxt kölgə sala bilməyəcəklər. Çünki, bizim yolumuz dönməz və davamlıdır. Ümumiyyətlə, dağıdıcı müxalifət partiyaları 1990-cı illərdən necə yaranıbdırsa, indinin özündə də həmin vəziyyətdə qalmaqdadır. Birmənalı şəkildə həmin partiyalar öz tərəfdarlarını itirə-itirə getməkdədirlər. Demək olar ki, adı çəkilən partiyalar 4-5 nəfərlə qalıblar. Bütün bunlar da onların zəif şəkildə inkişaf etməsindən xəbər verir. Ümumiyyətlə, müxalifət partiyalarının zəif olmasının əsas səbəbi sözügedən partiyalara rəhbərlik edən liderlərin səhv siyasət aparmaları ilə bağlıdır. Bu baxımdan da adı çəkilən partiya sədrləri öz səhvlərini, öz içərilərində, partiyalarında və fəaliyyətlərində axtarmalıdırlar. Bu səbəbdə nə onların hər hansı bir uğur qazanması mümkün deyil. Çünki onları xalq arasında heç bir dəstəyi yoxdur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə