Ermənistan narkotik bazarı üçün münbit ölkədir

İranla sərhəddə Ermənistana narkotik gətirmək cəhdinin iki dəfə qarşısı alınıb və qaçaqmalçılar saxlanılıblar. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Arapak” keçid nəzarət məntəqəsində İrandan Ermənistana gələn erməni vətəndaşına qarşı aparılan yoxlama nəticəsində 338 qram narkotik maddə aşkarlanıb.

Məlumatda deyilir ki, içərisindənarkotik maddə olan poletilen torba yapışqan lent vasitəsilə yapışdırılıb. Digər bir halda isə avtomobilin kabinində aparılan yoxlama nəticəsində yük maşınının sərnişin kreslosunun altında, ağ kristalli bir narkotik maddə, ehtimal ki, "metamfetamin" tapılıb.
Qaçaqmalçılıq barədə tərtib edilmiş materiallar istintaq şöbəsinə göndərilib və Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsinin 1-ci bəndi əsasında cinayət işi başlanıb. Saxlanılan Ermənistan və İran vətəndaşları nəzarətə götürülüb.
Görünür, Ermənistan narkotik vasitələr üçün münbit ölkədir ki, bu maddələrin, qaçaqmalçılığın qarşısını ala bilmirlər. Sözsüz ki, qeyri-stabil, terrora, separatçılığa meyilli bir ölkə üçün narkotik ticarətin hələ bundan sonar daha böyük təhlükələr törədəcəyinə zərrə qədər şübhə yeri qalmır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...