Fransadan əli üzülən Ermənistanın qorxusu

Azərbaycana silah satışları ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın tərəfsizliyini şübhə altında qoyur və bununla bağlı Ermənistanın Fransa hakimiyyəti ilə münaqişəsi də var. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu tert.am-la söhbətində Fransanın erməni təşkilatlarının Koordinasiya Şurasının həmsədri, "Nouvelles d'Arménie" jurnalının baş redaktoru Ara Toranian deyib.

O, iki ölkə arasındakı əlaqələrin zəiflədiyini də gizlətməyib və qeyd edib ki, burada vəziyyət Ermənistanla Rusiya, yaxud Ermənistanla Almaniya arasında yaranmış vəziyyətə bənzəmir.
"Fransa Ermənistanla iqtisadi əməkdaşlıq siyahısında geridədir. Fransada erməni icmasının potensialını nəzərə aldıqda, mövcud iqtisadi əlaqələrin zəif olduğunu görürük ", deyə Toranian naratlığını ifadə edib.
Ara Toranyan Fransa-Azərbaycan hərbi əməkdaşlığına toxunaraq bildirib ki, bu Fransanın erməni icmasında narahatlıq doğurub. Onun sözlərinə görə, Azərbaycana silah satışı həqiqətən də ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın tərəfsizliyinə şübhə doğurur.
"Fransa Azərbaycana silah satan yeganə həmsədr ölkə deyil, Rusiya da silah satır. Ancaq Rusiya eyni zamanda Ermənistana da silah satır. Fransanın isə Azərbaycana silah satmağı yolverilən deyil.
Bu mövzuda Ermənistanın Fransız səlahiyyətliləriylə bir qarşıdurması da var. Emmanuel Macron Qarabağa qarşı istifadə ediləcək, erməniləri öldürmək üçün Azərbaycana silah satmayacağına söz vermişdi", deyə Fransanın erməni təşkilatlarının Koordinasiya Şurasının həmsədri bildirib.
Ara Toranian çox həyəcanla bildirib kui, indi Fransa verilən sözün yerinə yetirilməsini təmin etməlidir.
“Biz prosesin monitorinqini, xüsusilə də hərbi məxfiliyin bir hissəsi olduğunda, bütün məlumat mənbələrini nəzarətdə saxlayırıq. Biz çalışmalıyıq ki, Emanuel Makronun vədləri həyata keçirilsin”, deyə "Nouvelles d'Arménie" jurnalının baş redaktoru həyəcanını gozlədə bilməyib.
Eyni zamanda, Ara Toranianın sözlərinə görə, bu məsələ hələ də bağlanmayıb.
"Mənim fikrimcə, Emmanuel Macron ermənipərəst bir siyasətçidir və erməni cəmiyyətinə çox səmimiyyətli olduğunu da düşünmək istərdim. Zənnimcə o bir prezident- demokratdır. Biz öz tərəfimizdən də bu məsələ ilə bağlı siyasi dialoqun davam etdirilməsi üçün əlimizdən gələni edəcəyik. Həm Fransa, həm də Ermənistan üçün münasib bir həll yolu tapmalıyıq ki, bu yol Fransanın vasitəçi kimi roluna uyğun olsun”, deyə Ara Toranian fikrini yekunlaşdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə