Rüşvətxorluq Ermənistanı bürüyüb

"Sevan Milli Parkı" rüşvət müqabilində göldə qanunsuz balıq ovlanmasına icazə verib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları istintaq hərəkətləri və korrupsiya ilə mübarizə çərçivəsində Milli Parkın bir neçə filialının səlahiyyətliləri tərəfindən səlahiyyətlərdən sui-istifadə etmə və rüşvət alma halları aşkar ediblər.

Məlumatda deyilir ki, "Vardenis", "Arevik" və "Sevan" MMC-nin rəhbər və müfəttişləri rüşvət müqabilində bir qrup vətəndaşa kommersiya məqsədləri üçün böyük miqyasda balıq tutulmasına və dövlətə böyük miqdarda ziyan vurmasına imkan yaradıblar. Məlumatda qeyd edildiyi kimi Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb və hazırsdaistintaq davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə