"Paşinyan işğalçılıq siyasətindən əl çəkmək istəmir" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın yeni rəhbərliyinin Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa, çıxış yolu yoxdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, dövlət başçısı çıxışlarında dəfələrlə Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə çağırıb: “Ermənistan hakimiyyəti işğalçılıq siyasətindən əl çəkməli, beynəlxalq təşkilatların qərarlarını icra etməli, qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Ermənistan hakimiyyəti anlamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Azərbaycan torpaqlarının bir qarışı da işğal altında qala bilməz. Prezident İlham Əliyevin məqsədi bu problemi sülh yolu ilə həll etməkdir. Ermənistanın yeni hakimiyyəti köhnə rejimin səhvlərini təkrarlayarkən anlamalıdır ki, Azərbaycan Ordusu hər an torpaqlarını işğaldan azad etməyə qadirdir. Çox təəssüf ki, Ermənistanın bugünkü rəhbərliyi əvvəlki hakimiyyətin yolunu tutur, quldur dəstəsinin yolu ilə gedir, işğalçılıq siyasətindən əl çəkmək istəmir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...