"Paşinyan səriştəsizliyi ucbatından hər şeyi gözdən salır" ÖZƏL-MÖVQE

"Ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ gah ümidlər yaradır, gah da Paşinyan və onun komandasının səriştəsizliyi ucbatından hər şeyi gözdən salır. Amma son dövrlərdə danışıqlar prosesinin siyasi əsaslarını müəyyən edən məsələlərdə ciddi gəlişmələr olub". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, bu günə qədər ATƏT Azərbaycanın ərazi bütövlüyü təcrübəsində problemin həllini qəbul etmirdisə, sonuncu onun Zirvə toplantısında bütün post-sovet məkanındakı münaqişələr kimi Dağlıq Qarabağ münaqişəsini də Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə həll edilməsi haqqında qərar qəbul etdi: "Təbii ki, bu çox müsbət gəlişmədir. Artıq dünya qurumları və böyük dövlət arasındakı fikir ayrılıqları demək olar ki, minimuma enib. Amma Ermənistan tərəfi ipə yatmır. Görünür bu məsələdə nələrsə etmək lazımdır. Biz bunun yolunu Ermənistana güc tətbiq etməklə, təzyiq yolu ilə onu diplomatik danışıqlara cəlb etməklə mümkünlüyünü düşünürdük. Amma hələki Azərbaycan Ordusunun güclənməsinə, döyüşə hazır olmasına baxmayaraq böyük dövlətlərin müqaviməti ucbatından bunu həyata keçirmək mümkün olmur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə