Parçalanmş AXH – müxalifət bu sindromdan çıxa bilmir

Yaxud, İsgəndər Həmidov kimin sifarişini həyata keçirir?

Uzun müddətdir ki, daxilində yarandığı vaxtdan ziddiyyətlər müşahidə edilən “Azərbahycan Xalq Hərəkatı” (“AXH”) adlı qurum bu dəfə qarşıdurmalara, intriqa və çəkişmələrə dözməyib, rəsmən parçalandı. Parçalanma sindromları daha əvvəllər də müşahidə edilsə də, hətta qurumun haçalanmış qanadları eyni gündə ayrı-ayrı iclaslar keçirsələr də, rəsmi parçalanma məsələsi gündəmə çıxmırdı. Lakin onu gündəmə çıxaran da, ayrılıqda iclas keçirib rəhbərlik postlarını müəyyənləşdirən də, Azərbaycan Milli Demokratik Partiyasının (AMDP) sədri İsgəndər Həmidov oldu. Əbəs deyil ki, onun tərəfində olanlar – Xalq Azadlıq Partiyasının (XAP) sədri Valeh Mirzəyev “AXH”nin ali məclisinin sədri, Azərbaycan Liberal Demokratik Partiyasının (ALDP) sədri Fuad Əliyevlə Azad Azərbaycan Partiyasının (AAP) sədri Həsən Həsənov isə onun müavinləri seçiliblər. Ümumiyyətlə, idarə heyətinin tərkibi 26 nəfərdən ibarət olub. Bu isə bilavasitə adıçəkilən qurumun parçalanması və artıq iki “AXH”-nin ayrı-ayrılıqda fəaliyyət göstərməsi reallığını ortaya qoyub.

Əks qanad: “Mediada, ictimaiyyət arasında “AXH” ilə bağlı sualların cavabı getdikcə tapılır”

Əks qanadda olanlar isə, İ.Həmidovun tərəfdarları olan “hərəkatı” real olaraq tanımadıqlarını qeyd edirlər. Misal üçün, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev həm də dönəm sədri olduğu üçün belə bir bəyanat yayıb ki,

hər iki tərəfin özünün məsələyə münasibəti ola bilər. “Burada ən yaxşı hakim zamandır”, deyən VİP sədri əlavə edib ki, tədricən insanlar nəyin harada olduğunun fərqinə varmağa başlayıblar və baş verənlər artıq düzgün qiymətləndirilir. Ona görə biz narahat deyilik. Beləliklə, İ.Həmidov qanadının hansı qərar çıxarmalarından asılı olmayaraq, Ə.Əliyev öz işlərini davam etdirəcəklərini qeyd edib və bildirib ki, parçalanmanın özü hər şeyi aydın edir: “Tədricən proses aydınlaşmağa doğru gedir. Mediada, ictimaiyyət arasında “AXH” ilə bağlı sualların cavabı getdikcə tapılır”.

Parçalanma əmrini İsgəndər Həmidova Əli Kərimli-Cəmil Həsənli cütlüyü verib

Ə.Əliyev əks qanadın məclis və müavin postları təşkil etməsinə də mövqeyini bildirib. “Biz öz fəaliyyətimizlə məşğuluq. Fəaliyyətimiz də əsasnaməyə söykənir. Əsasnamədən kənar heç bir iş görmürük. Bizim əsasnaməyə görə, məclis, rayon şöbələri təşkil olunmalıdır. Hazırda bu işlərlə məşğuluq. İşlərimizi getdikcə daha da gücləndiririk. Müxtəlif rayonlarla təmaslarımız artmaqdadır. Məclis üzvləri müəyyən ediləndən sonra sosial siyahı ilə deyil, konkret mövqeləri olan təmsilçilərin siyahısı əsasında məclisimiz keçiriləcək”, deyə qeyd edən VİP əsdri cavab tədbirləri görüləcəyini gizlətməyib.

Bununla vəziyyətin daha da kritik həddə çatdığını demək olar. O cümlədən, artıq belə bir qənaətə gəlmək mümkündür ki, əgər AMDP sədri İ.Həmidov zaman-zaman “Milli Şura” və AXCP-nin yanında görünürsə, onun müəyyən sövdələşmələrə gedərək, “AXH”-nin fəaliyyətini, daha doğru desək, parçalanmasını bilavasitə Əli Kərimli-Cəmil Həsənli cütlüyündən sifariş aldığını deyə bilərik. Bu baxımdan, qarşıda daha ciddi və barışmaz müxalifətdaxili savaşların start alacağını proqnozlaşdırmaq mümkündür.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...