"Azərbaycan növbəti tədbiri də yüksək səviyyədə keçirəcək" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Azərbaycan təkcə idman yarışlarında deyil, bütün sahələrdə beynəlxalq görüşlərin keçirildiyi bir ölkəyə çevrilib. Bu nədən asılıdır? Təbii ki, bu, ölkədə sabitliyin, stabilliyin, təhlükəsizliyin təminatından və tədbirin yüksək səviyyədə keçirilmə qabiliyyətinin, bacarığının olmasından asılıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

"Bəli, növbəti bir beynəlxalq idman tədbiri Bakıda 2019-cu il iyulun 21-27-də keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalı olacaq. Əminəm ki, Azərbaycan bu tədbiri də çox yüksək səviyyədə keçirəcək. Azərbaycan hökuməti belə olmalıdır. Çünki, Azərbaycanda belə bir şərait var. Ölkəmiz bu tədbirlərin keçirilməsinə tam hazırdır. Mən iştirakçılara uğurlar arzu edirəm. Tamaşaçılar da idman yarışına baxmaqla həzz alsınlar və istirahət etsinlər”-deyə, E.Məmmədov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə