Ermənistanda strukturlar nəzarətdən çıxıb

Təhsil Təftiş İdarəsinin rəhbəri rəhbərlik etdiyi strukturda vəziyyətə nəzarət etmir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazır.

Qəzet öz mənbələrinə istinadən yazır ki, Təhsil Təftiş İdarəsində olduqca gərgin vəziyyət yaranıb. İşçilər bir-birinə hesabat yazırlar və nəticədə ortaya çıxan narazılıq strukturda nəzarətsiz bir vəziyyətdən xəbər verir. Təhsil Təftiş İdarəsinin rəhbəri Aleksandr Şaqafyan, başçılıq etdiyi strukturdakı vəziyyətə əslində nəzarət edə bilmir. Məlumata görə strukturda vəziyyətə nəzarəti Şagafyanın müavini Raya Qalstyan edir.
Eyni zamanda nəşr qeyd edir ki, vəziyyətə nəzarət etmək üçün Təftiş Bürosunun ümumi təhsil şöbəsinin müdiri Sasun Ambartsumyan tərəfindən bəzi cəhdlər edilirsə də nəticəsiz qalır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə