Leyla Yunus Elçibəyi təhqir etdi, Əli Kərimli isə susdu ANALIZ

AXCP sədrinin öz liderinə antipatik hissləri qalmaqdadır

Sirr deyil ki, AXCP sədri Əli Kərimli hər zaman “liderim” adlandırdığı Əbülfəz Elçibəyi yalnız öz siyasi maraqları üçün istifadə edib və əslində ona qarşı antipatik hisslərlə yanaşıb. O da bəllidir ki, məhz Elçibəy haqqında özünə yaxın mətbu orqanlarda təhqirlər yazdıran Ə.Kərimli hətta onun ölümündə də günahkarlar sırasındadır.

Elçibəyin təhqir olunması, hətta vəfat etməsinə rəğmən yenə də barəsində ittihamların səsləndirilməsi AXCP sədrinin və ətrafının marağındadır

Bu arada, AXC hakimiyyəti zamanı müdafiə nazirliyində yüksək post tutmuş, hazırda Avropada yaşayan Leyla Yunus Sevinc Osmanqızının sosial şəbəkədəki canlı yayımı vasitəsi ilə Ə.Elçibəyə qarşı təhqirlər yağdırıb, onu “agent” adlandırıb və nə qədər maraqlıdır ki, cəbhəçilərdən heç biri L.Yunusun bu ittihamına ümumiyyətlə, cavab verməyib. Bunun isə əlbəttə ki, səbəbləri var və əsas səbəblərdən biri yuxarıda qeyd olunanlardır. O cümlədən, Elçibəyin gözdən salınması, təhqir olunması, hətta vəfat etməsinə rəğmən yenə də barəsində ittihamların səsləndirilməsi AXCP sədrinin və ətrafının marağındadır. Çünki Ə. Kərimli AXCP deyərkən, Elçibəyin adının deyil, öz adının “lider” kimi təqdim olunmasını istəyir.

Əli Kərimli qrantalma kanalını bağlamaq istəmir, hətta Leyla Yunus Elçibəyi təhqir edərkən belə susmağa üstünlük verir

Ə.Kərimlinin susmasına daha bir səbəb onun L.Yunusla münasibət saxlamaq marağıdır. Daha dəqiq desək, o, L.Yunusun vasitəsi ilə dəfələrlə qrantlar qazanıb, özü də külli miqdarda. Məsələn, xatırlaya bilərik ki, 2016-cı ildə “siyasi məhbus” siyahısı hazırlanarkən, düşərgədə kəskin qarşıdurmalar yaşanmışdı. Həmin vaxt Ə.Kərimli Xədicə İsmayılın deyil, məhz L.Yunusla Oktay Gülalıyevin hazırladığı “siyahıya” qahmar çıxmış, bir sıra anti-Azərbaycan dairələrin onlara xərclədiyi qrantlardan özü də bəhrələnmişdi. Məhz bu kimi bənzər amillərə görə Ə.Kərimli qrantalma kanalını bağlamaq istəmir, hətta L.Yunus Elçibəyi təhqir edərkən belə susmağa üstünlük verir. Cəbhəçi sədr üçün mənəviyyat, vicdan faktoru olmadığına görə, daha doğrusu onun üçün madiyyat marağının hər şeydən üstündür. Bu baxımdan da, sözügedən məsələdə susqun qalmağı tərcih edir.

Sevinc Osmanqızı Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXC-nin Ayaz Mütəllibov hakimiyyətinə qarşı mübarizəsini və onu hakimiyyətdən devirməsini heç cür bağışlaya bilmir

Digər diqqətçəkici məqam isə, bu təhqirlərin məhz S.Osmanqızının kanalında səsləndirilməsidir. L.Yunusla yanaşı, onun qaynı Ramis Yunusun da Elçibəyi “ağ yuyub-qara sərmələri” məsələsi arxasında digər nünas qisasçılığa yönəlib. Məsələn, qeyd etmək olar ki, S.Osmanqızı Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXC-nin Ayaz Mütəllibov hakimiyyətinə qarşı mübarizəsini və onu hakimiyyətdən devirməsini heç cür bağışlaya bilmir. Çünki mərhum atası Osman Mirzəyev də A.Mütəllibovun komandasında yüksək vəzifə sahibi idi.

L.Yunus isə öz növbəsində deyib ki, Elçibəy Sovet İttifaqı dövründə rejim barədə yalan və böhtan yaydığına görə həbs olunmuşdu, cəmi 1 ildən sonra azadlığa çıxıb: “Onun azadlığa çıxmasının ciddi səbəbləri var idi. Bu səbəblərdən biri KQB ilə əməkdaşlıq ola bilər. Sonrakı araşdırmalar onu göstərir ki, elə məhz KQB ilə əməkdaşlığa razı olması onun azadlığa çıxmasının əsas səbəbi idi...”

Digər tərəfdən, L.Yunusun bu müsahibəsini sosial şəbəkədə paylaşan insanlar, AXCP sədri Ə.Kərimlinin yaxın ətrafını, o cümlədən Fuad Qəhrəmanlını tağ edərək, məsələyə münasibət bildirilməsini istəsələr də, AXCP funksionerləri susublar. Yəni S.Osmanqızının əli ilə L.Yunusun Elçibəyi söyməsi Ə.Kərimlinin əlinə oynayan kartdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə