Teyyub Qənioğlu: ““Milli Şura” müəyyən mənbələrdən maliyyə dəstəyi alır” RƏY-ÖZƏL

“Əli Kərimli ilə Cəmil Həsənli arasında bu konfliktin baş verməsi maraqlı situasiya yaradır”. Bunu SİA-ya açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib. Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, Ə.Kərimli şəxsi ambisiyalı insandır, həmişə birinciliyə can atır: “Amma “Milli Şura” yarananda bəzi obyektiv subyektiv səbəblərdən Ə.Kərimli önə çıxmaq istəmədi, yəni C.Həsənlini önə verdilər və C.Həsənli “Milli Şura”nın sədri seçildi, amma Ə.Kərimli daxilində bu situasiyanın qəbul etmirdi. Yəni müxalifət liderlərinin şəxsi ambisiyalarının olması onlar arasında bu vəziyyətin yaranmasına səbəb olur. Bir sözlə, müxalifət liderləri arasında liderlik uğurunda mübarizə gedir. İkinci bir səbəb isə bildiyiniz kimi heç kəsə sirr deyil ki, “Milli Şura” müəyyən mənbələrdən maliyyə dəstəyi alır. Bəlkə də onlar maliyyə dəstəyinin bölüşdürmək məsələsi ətrafında bir-biri ilə savaşırlar. Yəni mən bu iki səbəbi görürəm. Ümumiyyətlə, onların maraqları toqquşan zaman başlayırlar bir-birləri ilə intiriqalar aparmağa. Yəni mənafe toqquşmaları, başqalarının mənafelərini qəbul etmək istəməmək cəhdləri gətirib narazılığa və bu cür halların yaranmasına çıxarır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...