Təxribatlar Ermənistan üçün xarakterikdir

İcevandakı aksiya təxribat xarakterlidir və bir neçə nəfər tərəfindən təşkil olunduğu ortaya çıxıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu jurnalistlərə Milli Təhlükəsizlik Nazirliyinin direktoru Artur Vanetsyan deyib.
"Tavuş rayonu meşələrlə zəngindir və bu zənginlikdən odun kimi istifadə olunmaqdansa daha səmərəli istifadə edilə bilər", -deyə Artur Vanetsyan bildirib.
O, qeyd edib ki, bu ərazilər eksklüziv turizm zonaları ola bilər.
Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, vətəndaşları dünən baş verən hadisələri bir daha təkrarlamamağa çağırıb.
"Yaranmış bütün suallar region rəhbərliyi və icma liderləri ilə aparılan danışıqlar nəticəsində həll ediləcək. Əminəm ki, bir həll variantı mütləq tapılacaq ", -deyə Milli Təhlükəsizlik Nazirliyinin direktoru nəzərə çatdırıb.
Milli Təhlükəsizlik Xidmətinin direktoru qeyd edib ki, dünənki aksiya heç də sıradan biri deyil və kimlərinsə törətdiyi bir təxribatdır.
"Regiona gəliş o demək deyil ki, hər şey unudulacaq və qanun pozucuları cəzasız qalacaq", deyə Artur Vanetsyan bildirib.
A.Vanetsyan xüsusilə qeyd edib ki, polislə birgə işin nəticəsi olaraq, hər kəs müəyyən ediləcək və qanun qarşısında məsuliyyət daşıyacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə