Mais Səfərli: “Heç vaxt müxalifət liderləri arasında normal insani münasibətlər olmayıb ” RƏY-ÖZƏL

“Bu bir reallıqdır ki, 30 ildən çoxdur ki, siyasətdə sürünən müxalifət liderləri arasında heç vaxt normal insani münasibətlər heç vaxt olmayıb, onların hər biri öz şəxsi maraqları üçün çalışıblar”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, onlar öz şəxsi maraqlarını hər şeydən üstün tutublar: “Birdə görürsən ki, özlərini kiminləsə çox yaxın göstərirlər. Amma bir-birləri ilə maraqları toqquşan zaman dərhal yenidən münasibətləri pozulur. Yəni o münasibətlər əslində səmimilik üzərində qurulmamış münasibətlərdir. Onların arasında olan qeyri-səmimilik müxalifətin dağılmasına gətirib çıxarır. Bir sözlə, müxalifət düşərgəsini təmsil edən şəxslər arasında dava-dalaşların, konfliktlərin olmasına normal baxıram. Yəni onlar arasında bu cür halların olması gözləniləndir. Ümumiyyətlə, bu gün müxalifət liderləri bir-birləri ilə yola getməyə-getməyə sadəcə olaraq, öz varlıqlarını reklam etmək üçün birlik nümayiş etdirirlər. Amma hər kəs çox yaxşı bilir ki, müxalifət düşərgəsini təmsil edən şəxslər sadəcə olaraq, görüntü xaritinə “birləşirlər”. Əslində, radikal müxalifət partiyaları arasında artıq uzun illərdir ki, dava dalaş gedir. Yəni sözügedən partiyaların zəifləməsindən də biri məhz o partiyaların bir-birinə amansız zərbələr vurmasıdır. Demək olar ki, müxalifət liderləri bir-birini sıradan çıxarmaq üçün hər şeyi edir. Müxalifətin arasında gedən bu savaşında əsas məqsədi öz düşərgələri daxilində birincilik uğurundan gedən mübarizədir. Yəni onlar arasında olan bu savaş “ana müxalifət” uğurunda gedən mübarizədir. Bu dava-dalaşda onları çox acınacaqlı bir vəziyyətə gətirib salan əsas amildir. Bu gün də onlar arasında bu savaş davam edir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...