Gürcüstan Ermənistana qarşı hər zaman sərt davranıb

Cəmi üç aydan sonra, daha dəqiq desək, oktyabr ayında Gürcüstan Ermənistanla bağlı məsələlərə bir də baxacaq və gözlənilir ki, artıq ermənilər taxılı daha baha qiymətə əldə edəcəklər. SİA xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu “Qarabağ saatı” formatında növbəti görüşü zamanı jurnalistlərlə bildirib.

Politoloq qeyd edib ki, Rusiytadan Ermənistana göndərilən məhsullar da Gürcüstanda çox ciddi şəkildə yoxlanılır. Hətta ən xırda sübhə doğuran məhsulların yoxlanılmasına xüsusi diqqət yetirilir. Göründüyü kimi Gürcüstan Ermənistana qarşı hər zaman sərt davranıb.

İndi ortaya çıxan məsələnin aradan qaldırılması üçün vətəndaş cəmiyyətinin üzərinə məsuliyyətlər düşür. Beləki, istər Azərbaycandakı gürcülər, istərsə də Gürcüstandakı azərbaycanlılar məsələyə münasibət bildirsələr bu doğru addım olardı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...