Nikolş hansı donu geynirsə geyinsin, yamağı görünür

Ermənistanın Azərbaycana əsassız ərazi iddiasının, davam edən işğal rejiminin düşmən ölkəyə "bəxş elədiyi" ən pis sürpriz onun bütün regional iqtisadi və energetik, kommunikasiya layihələrindən kənarda, blokada rejimində saxlanmasıdır. Bunun da ən birinci səbəbi ölkəyə rəhbərlik edənlərin işğalçılıq siyasəti aparmalarıdır ki, bu günə kimi Ermənistan özünün sovetdən qalma rüşeym iqtisadiyyatı ilə on illərdir ki, dünya iqtisadi sisteminə çıxış əldə edə bilməyən və inteqrasiya oluna bilməyən işğalçı ölkə, nəticədə, tullantı ölkəyə çevrilib. Bu prosesin daha sürətlə baş verməsinin səbəbi isə, sərsəm, siyasi savaddan uzaq olan Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən daha çətin anlar yaşandı. Yeni hakimiyyət də əvvəlkilər kimi reallığı ört-basdır etməklə, hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq tərzdə vurğulayırlar. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru, nə də Paşinyan təfəkkürü qabil deyil.

Rusiyalı ekspert Aleksandr Duqin də Ermənistanın öncə, beş rayonu boşaltmasının zəruri olduğunu vurğulayıb. Bundan sonra nizamlama prosesinin növbəti mərhələlərinə keçmək olar. Digər ekspertlərin də fikirlərini xatırlatmaq olar. Lakin onların hamısının bir ortaq fikri var: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çəkməlidir. Burada reallıq aydın görünür. Rəsmi İrəvan nə qədər söz hoqqabazlığı etsə də, ondan indi hər kəs zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bunun hansı formatda ediləcəyi məsələsi, artıq danışıqların predmetidir. Hər bir halda, aydındır ki, əsas şərt Ermənistanın təcavüzkar olaraq, Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmasından ibarətdir.

Buradan sadə bir məntiqi nəticə alınır: Ermənistanın problemin həlli ilə bağlı təsəvvürləri ilə reallıq arasında dərin bir ziddiyyət mövcuddur. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dəm vur və ya başqa tarixi "faktlar" gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!

Göründüyü kimi, mövcud vəziyyət tamamilə Paşinyanın əleyhinə işləyir. Şantaj, təhdid, siyasi rəqiblərin sıradan çıxarıldığı, müstəqillik dövründə heç bir demokratik seçki keçirtmək təcrübəsinə malik olmayan bir dövlətdə bir ay içərisində demokratik seçkilərin təşkil olunacağı vədi isə, boş sözlərdən başqa bir şey deyil.

Baş verənlər, onu deməyə əsas verir ki, Nikol Paşinyan saxta və köhnəlmiş fikirləri təkrarlamaqla məşğuldur. Belə bir müqayisə də yerinə düşər ki, Nikol Paşinyanla Qorbaçovun Azərbaycan üçün elə bir fəqri yoxdur, çünki hər ikisi işğalı təfəkkürə malikdilər. Ona görə də, Nikolş hansı donu geynirsə geyinsin, yamağı görünür. Çünki yalan ayaq tutur, ancaq yermir. Yerisə belə, uzağa gedə bilmir. Çünki onun geydiyi papışlar bünövrədən cırıqdır.

Quldur Paşinyanın quldur siyasəti

İstər Ter-Petrosyan, istər Sarkisyan, istərsə də Paşinyan olsun, Ermənistanda baş verən ictimai-siyasi gərginlik, problemlər bitib-tükənmir və hakimiyyətdə özbaşınalıqlarından cana doymuş erməni xalqı artıq ayağa qalxmaqdadır.

Etirazçılar bildirirlər ki, əvvəlki quldur rəhbərlərdən Paşinyan heç də fərqlənmir. Və erməni xalqı bilir ki, hakimiyyətə yalan vədlərlə gəlib və aksiyalara davam edən Nikol Paşinyan bilməlidir ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: necə deyərlər, Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır.

Bir sözlə, Paşinyanın hakimiyyət dönəmini təhlil edən siyasi şərhçilər və araşdırmaçı erməni yazarlar ölkədə heç bir inkişaf və islahatlar getmədiyini, qalan tənəzzül, iflas, korrupsiya və bürokratik əngəllər bu gün də davam etməkdədir.

Erməni xalqının tələbi - işğala son qoymaq!

Göründüyü kimi, ölkədə baş verənlər sübut edir ki, Azərbaycanla normal münasibətlər yaratmadan Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsi mümkün deyil.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir: "Bütün bunlara paralel olaraq, uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir".

Baş verənlər, onu deməyə əsas verir ki, Ermənistanın yeni siyasi elitası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ideyaya malik deyil. Bu səbəbdən də, Nikol Paşinyan saxta və köhnəlmiş fikirləri təkrarlamaqla məşğuldur. İdeya boşluğuna düşən hökumət başçısı öz cəmiyyətinin dəstəyini qazanmaq üçün belə əsassız çıxışlarından hələ də əl çəkmir. Eyni zamanda, Nikol Paşinyanın başçılıq etdiyi yeni hökumət ölkənin qarşısında duran köklü məsələlərinin həllini real addımlar atmaqda deyil, sanki avantürst çıxışlar etməkdə görür. O, xarici siyasət kursunda dəyişikliklər etmədiklərini bildiriməklə, ilk növbədə, Rusiyanı aldatmağa çalışır. Ancaq əlaltdan erməni lobbisi ABŞ Prezidenti Donlad Trampla Nikol Paşinyanın görüşünü təşkil etmək üçün dəridən-qabıqdan çıxır.

Rusiya Prezidenti Vladimir Putinin Yerevana rəsmi səfərinin qeyri-müəyyən müddətə reallaşacağı isə, Ermənistanın risqlilik dərəcəsini artırır.

Erməni siyasi şüurunun cahilliyi: işğal olunan ərazini tərk etmək zəruriliyinin dərk edilməməsi

Başqa bir maraqlı fakt da N.Paşinyanın Rusiya mətbuatına Ermənistan-Rusiya münasibətləri ilə bağlı verdiyi müsahibədə Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakı məsələsini yenə də qabartmağa çalışmasıdır. Baş nazirin məntiqinə görə, "Dağlıq Qarabağ xalqının iştirakı olmadan münaqişəni necə həll etmək olar?" Ancaq bu ifadə altında yalnız Azərbaycanın həmin bölgəsində qanunsuz qurum yaradan bir qrup separatçını nəzərdə tutmaqla, N.Paşinyan yenə də yanlış bir mövqe tutmuş olur. Azərbaycan tərəfi həmin bölgənin azərbaycanlı icması ilə yanaşı, erməni icmasının da müəyyən mərhələdə prosesdə iştirak edə biləcəyini istisna etmir. Lakin rəsmi İrəvanın işğal faktının üstündən sükutla keçərək, "Arsax" adı altında yalnız bölgədə məskunlaşmış terrorçu-separatçıları nəzərdə tutması, nəinki beynəlxalq hüquqa, heç adi etik qaydalara belə uyğun deyil.

Belə ikiüzlülük və yalançılıqla ən kiçik münaqişəni belə həll etmək mümkün deyil. Bütün dünya bilir ki, Ermənistan havadarlarının birbaşa yardımı ilə Azərbaycan torpaqlarını işğal edib və münaqişə həmin məqamdan başlayıb. Bu səbəbdən, onun həllinə işğalçıların zəbt etdikləri torpaqlardan qeyd-şərtsiz çəkilməsi ilə başlamaq olar. Yalnız bundan sonra digər məsələləri müzakirə etmək mümkündür. İşğal ərazisindən təcavüzkarın çıxmadığı halda, hansısa həll variantından danışmaq imkansızdır. Bu nəticə Madrid prinsiplərindən, Helsinki Yekun Aktının maddələrindən, BMT-nin və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri sənədlərdən birbaşa irəli gəlir.

Rusiyalı ekspert Aleksandr Duqin də Ermənistanın öncə, beş rayonu boşaltmasının zəruri olduğunu vurğulayıb. Bundan sonra nizamlama prosesinin növbəti mərhələlərinə keçmək olar. Digər ekspertlərin də fikirlərini xatırlatmaq olar. Lakin onların hamısının bir ortaq fikri var: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çəkməlidir. Burada reallıq aydın görünür. Rəsmi İrəvan nə qədər söz hoqqabazlığı etsə də, ondan indi hər kəs zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bunun hansı formatda ediləcəyi məsələsi artıq danışıqların predmetidir. Hər bir halda, aydındır ki, əsas şərt Ermənistanın təcavüzkar olaraq Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmasından ibarətdir. Ancaq erməni xalqı bu reallığı hələ də anlamır.

Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyi daha da güclənir

Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və ardıcıl mövqeyi artıq sözügedən konfliktlə əlaqədar, regionda tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxarmaqdadır. Bu faktoru şərtləndirən ilk səbəblərdən biri budur ki, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası nəticəsində, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi reallaşıb. Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar, qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlığı, dostluq və mehriban qonşuluq siyasətini daha güclü olması Azərbaycan Prezidentinin uğurlu diplomatik siyasətinin real nəticəsidir. Təkcə, bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə rəhbərləri arasında mövcud olan şəxsi dostluq münasibətləri dövlətlər arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.

Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu N.Paşinyanın ağıllı, savadlı və dərin düşüncəli rəhbər olmadığını bildirib: "Quyuya su tökməklə, quyu dolmaz. Paşinyanın siyasət deyilən məsələdən xəbəri yoxdur. Fikir vermisinizsə, "Exo Moskvı" Televiziyasına verdiyi müsahibəsində Paşinyan deyirdi ki, mən oğlumu Dağlıq Qarabağa sülh məqsədi ilə göndərmişəm, orada müharibə getmir. Amma müsahibənin digər bölümündə bildirir ki, əgər mənim oğlum ordadırsa və öz ölkəmi və xalqımı qorumaqdan ötrü heç nəyimi əsirgəməyəcəm. Baxın, N.Paşinyanın fikirləri bir-birinə zidd mövqelidir. Birincisi, oğlunu Dağlıq Qarabağa göndərməklə sən dərin düşüncəli yox, əksinə, dayaz düşüncəli adam olduğunu sübut etmisən".

Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə, erməni dövlətinin gələcəyini təhlükə altına alır. Bu baxımdan, Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası, İrəvanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.

Ümumiyyətlə, real vəziyyəti onu süybut edir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq

prinsiplərinə əməl etməkdən keçir. İşğalçı Ermənistanın yeni rəhbərliyi Paşinyan da sələfləri kimi, səbəbi qoyub nəticələrlə uğursuz mübarizə apanr. Deməli, yekun eyni olacaq, daha dəqiqi, daha pis olacaq... Bu isə, bir daha o deməkdir ki, Ermənistanın sosial bəlalardan xilas yolu rəsmi Bakıdan keçir.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə