YAP Xaçmaz rayon təşkilatında "Oxu aylığı"nın yekun mərhələsi keçirilib

Bu mərhələ YAP Xaçmaz rayon təşkilatı "Qurtuluş Günü" və Ulu Öndər Heydər Əliyevin "Hakimiyyətdə 50 illiyi" ilə əlaqədar olub

Dünən YAP Xaçmaz rayon təşkilatı "Qurtuluş Günü" və Ulu Öndər Heydər Əliyevin "Hakimiyyətdə 50 illiyi" ilə əlaqədar "Oxu aylığı"nın yekun mərhələsi ilə bağlı tədbir eçirib. Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq 1969-cu ilin 14 iyul günü Azərbaycan tarixində keyfiyyətcə yeni bir səhifə olduğunu bildirib: "50 il öncə, başlanan yol Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi və bütövləşməsi yolu olub. Ən əsası odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Heydər Əliyevdən, Onun böyük və müdrik rəhbər dühasından ayrı görməyib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə özünü tənha, arxasız və güvənsiz hiss etməyib".
N.Ağayev onu da vurğulayıb ki, həmin tarixdən 50 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir.
N.Ağayev "Oxu aylığı"nın əsas məqsədi haqqında məlumat verərək bildirib ki, insanların, əsasən, gənclərdə oxu vərdişləri yaradılmasından ibarətdir: "Oxu aylığı"nda rayon üzrə fəal oxucuların sayı kifayət qədər artmış, və bu müsabiqənin iştirakçıları partiya tərəfindən mükafatlandırılması həyata keçirilmişdir".
Sonda "Oxu aylığı"nda fərqlənən 5 nəfər gənc fəal oxucu partiya tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Tədbirdə YAP Xaçmaz rayon təşkilatının idarə heyətinin üzvü təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova çıxış edib.
Tədbirdə, həmçinin, rayon ümumtəhsil məktəblərində fərqlənmə attestatı alan məzunlara fərqlənmə atestatları da təqdim edilibdir.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...